Icma.az
close
up
RU
ADY də vahid rəqəmsal məkanın qurulmasında növbəti addım FOTO

ADY də vahid rəqəmsal məkanın qurulmasında növbəti addım FOTO

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) rəqəmsal transformasiya strategiyası çərçivəsində növbəti yeniliyə imza atıb. 

Avtosfer.az xəbər verir ki, ADY-nin elektron xidmətlər portalı ölkənin vahid rəqəmsal identifikasiya sistemi olan “digital.login” ilə uğurla inteqrasiya edilib. Bu yenilik istifadəçilərə portala daha sürətli, təhlükəsiz və rahat şəkildə daxil olmaq imkanı yaradır.

İndi istifadəçilər portalda xidmətlərə daxil olmaq üçün artıq mövcud olan identifikasiya vasitələrindən – SİMA İmza, Asan İmza, SİMA Token (Elektron İmza), İdentifikasiya nömrəsi və BSXM Elektron İmzadan istifadə edə bilirlər.

İnteqrasiyanın əsas üstünlükləri: 

- Sadə və sürətli giriş – Təkrar qeydiyyat zərurəti aradan qalxır;

- Təhlükəsizliyin artırılması – Dövlət tərəfindən təsdiqlənmiş identifikasiya vasitələri istifadə olunur; 

- Vaxta qənaət – Müraciət və sorğuların təqdimat prosesi sürətlənir; 

- Dövlət sistemləri ilə uyğunluq – “MyGov” portalı və digər dövlət platformaları ilə inteqrasiya imkanı yaranır.

Qeyd edək ki, layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib və Azərbaycanda rəqəmsal hökumət sisteminin inkişafına mühüm töhfə verir. Eyni zamanda, bu yenilik “bir pəncərə” prinsipi əsasında təqdim edilən onlayn xidmətlərin daha genişləndirilməsinə imkan yaradır. 

Xatırladaq ki, ADY-nin bu yaxınlarda istifadəyə verdiyi elektron xidmətlər portalı (https://portal.ady.az/) əməliyyat səmərəliliyinin artırılması, vətəndaşlara və biznes müştərilərinə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır və dəmiryol xidmətlərinin daha rahat, müasir, şəffaf və innovativ şəkildə təqdim olunmasını təmin edir. Portal vətəndaşların müraciət və digər xidmətlərə onlayn formada çıxışını təmin edən əsas platforma kimi inkişafını davam etdirəcək.  

ADY həmçinin rəqəmsallaşma strategiyasına uyğun olaraq, kağız sənəd dövriyyəsinin azaldılması, kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə xidmətlərin rəqəmsallaşdırılması istiqamətində yeni layihələr həyata keçirməyə davam edəcək. Bura bilet satışından tutmuş yük daşımalarının izlənməsinə, təhlükəsizlik sistemlərindən real vaxtda məlumat mübadiləsinə qədər bir çox proses daxildir.  

Bu baxımdan rəqəmsallaşma ADY-nin yalnız texnoloji yenilənməsinə deyil, eyni zamanda, biznes modelinin transformasiyasına, müştəri yönümlü yanaşmanın formalaşmasına və qlobal dəmir yolu şəbəkələri ilə inteqrasiyanın sürətlənməsinə mühüm töhfə verir. Bu proses dəmir yolunun rəqabət qabiliyyətini artırmaqla yanaşı, ölkənin nəqliyyat-logistika potensialının da güclənməsinə zəmin yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 May 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

STM Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüşlə bağlı sorğu keçirib

16 Avqust 2025 09:55see222

Müğənni Rəqsanə İsmayılova həbs edildi

17 Avqust 2025 02:19see188

Bu 7 əlaməti ciddiyə alın İnfarktın xəbərçisi...

16 Avqust 2025 08:53see141

Alimlərdən YENİLİK: Daxili səsi deşifrə edən beyin çipi yaradılır

16 Avqust 2025 07:32see134

MiQ 29 hissələri Macarıstandakı aerodromdan oğurlanan borcun ödənişi kimi Rusiyadan alınıb

16 Avqust 2025 11:29see131

Litva Prezidenti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb

17 Avqust 2025 05:16see131

Günəşdə dəlik böyüməyə başlayıb: 24 saat ərzində təxminən 50 faiz artıb

16 Avqust 2025 06:34see129

Dünyada ərzaq bahalaşıb Ən çox nələrin qiyməti artıb?

17 Avqust 2025 20:15see128

Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası

16 Avqust 2025 14:02see128

Çelsi Bayerin müdafiəçisini transfer etmək istəyir

16 Avqust 2025 23:49see127

37 yaşlı qadın Rusiya gözəli seçildi FOTO

16 Avqust 2025 11:48see127

Türkiyə Prezidentindən Tramp Putin görüşünə münasibət

16 Avqust 2025 19:56see125

Ayda saatlarla davam edən zəlzələlər baş verir: NASA hərəkətə keçdi

17 Avqust 2025 06:44see124

Nazirlik məşhur şirkəti buna görə cərimələdi

17 Avqust 2025 00:21see124

Sabunçuda 3 otaqlı ev yandı

16 Avqust 2025 17:13see123

Kurban Berdiyev: “İlk oyun həmişə ağır olur”

16 Avqust 2025 19:46see123

“Turan Tovuz” və “Neftçi” üçün də marafon başlayır!

16 Avqust 2025 17:02see123

Çindən yeni inqilab: qüvvələr balansı tamamilə dəyişə bilər

16 Avqust 2025 20:04see122

Kanalizasiya suları Bakının məşhur çimərliyinə axır VİDEO

16 Avqust 2025 19:36see122

Gələn həftə bu bürclər üçün var dövlət dalğası gəlir

16 Avqust 2025 20:03see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri