Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər VİDEO
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Abşeron rayonunun Masazır kəndində, "Yeni Bakı" yaşayış kompleksinin yaxınlığında yerləşən və 4 saylı məktəbə aparan yoldakı iri dəmir dirək hər an aşmaq təhlükəsi ilə üz-üzədir.
Modern.az xəbər verir ki, dirəyin ətrafındakı torpağın boşalması onun dayanıqlılığını itirməsinə səbəb olub. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, problem uzun müddətdir davam edir.
Yağışlı havalarda isə dirəyin dibindəki torpaq daha da boşalır və aşma riski artır. Vəziyyət xüsusilə məktəblilərin təhlükəsizliyi baxımından narahatlıq doğurur. Belə ki, hər gün yüzlərlə şagird bu yoldan istifadə edərək dərsə gedib-gəlir.
Şagirdlər təhlükəli dirəyin yanından keçərkən qorxduqlarını, hətta riskdən yayınmaq üçün palçıqlı alternativ yollardan istifadə etdiklərini bildirirlər.
Ərazidə çoxmərtəbəli yaşayış binalarının da yerləşməsi yolu gün ərzində insanların intensiv istifadə etdiyi istiqamətlərdən birinə çevirir. Qarşıdan yağışlı, qarlı və küləkli hava şəraitinin gəlməsi isə vəziyyəti daha da riskli edir. Sakinlər aidiyyəti qurumların problemin aradan qaldırılması üçün tədbir görməsini gözləyirlər.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 10 Noyabr 2026 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















