Icma.az
close
up
RU
Aeroport taksilərinin qiyməti haqda açıqlama: 80, 50, yoxsa 25 manat?

Aeroport taksilərinin qiyməti haqda açıqlama: 80, 50, yoxsa 25 manat?

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ola bilər ki, gələcəkdə Bakı hava limanından şəhərə taksi xidmətlərinin qiyməti 20 manatdan da aşağı ensin. Daşıyıcı şirkətlər interval sıxlığını nəzərə alaraq qiymətləri bundan da aşağı sala bilərlər. Rəqabət məqsədini və minimal qiyməti keçməmək şərti ilə müəyyən güzəştlər oluna bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, sərnişin hava limanından taksi xidməti üçün 50 manat da ödəniş edə bilər, amma:

"Bu, məsafədən asılıdır, baxır hansı istiqamətə gedir. Uzaq məsafələrə 25 manata aparmayacaqlar ki. Belə bir şey yoxdur. Bu gün kim deyə bilər ki, hava limanından Bayıla 20 manata gəlmişəm? Bu qeyri-mümkündür. İndi də qiymətlər aşağı-yuxarı 23-25 manat arasındadır, gediş qiyməti məsafədən asılıdır. Əsas odur ki, ödəniş rəsmidir, qeyri-rəsmi ödəniş yoxdur".

Elməddin Muradlı deyib ki, bütün taksi şirkətlərinə hava limanına daxil olmağa icazə verilib:

"Hər bir şirkət 100-ə yaxın taksi göndərib. Hətta sərnişin təyyarədə olanda belə taksi sifariş edə bilər. Bu günə kimi kim necə gəldi qiymət təyin edirdi, indisə qiymətlər tənzimlənib, 20-25 manatdan söhbət gedir".

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə hesab edir ki, taksi xidməti dəyişən tarifdir:

"Tələb və təklifə əsaslanan məsələdir. Əgər tələb olmayacaqsa, qiymətlər enəcək, tələb artdıqca isə qiymətlər enəcək. Taksi xidməti vətəndaşlar üçün əlçatan olmalıdır. Eyni zamanda taksi də qazanmalıdır. Qiymət nə yüksək, nə də ucuz olmalıdır. Bir balans olmalıdır. Bunu da dəyişən tarif tələb və təklif əsasında özü yaradır. Mən bu gün hava limanından gələn bütün taksi xidmətlərinin qiymətinə baxmışam. Qiymətlər 17-21-24 manat arasında dəyişir. Bundan yuxarı qiymət görmədim".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Sentyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see432

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see193

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see174

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri