Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Şamlıq restoranında mahnı üstündə dava düşdü İçkili idim, xatırlamıram...

Şamlıq restoranında mahnı üstündə dava düşdü İçkili idim, xatırlamıram...

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağstafa rayonunda “Şamlıq” restoranının həyətində 1997-ci il təvəllüdlü Nicat həmyerlisi Rafail İusubova xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Ağstafa şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən “Şamlıq” restoranının həyətində baş verib. Nicat həmin restoranda müştəri qismində olan tanışı Rafailin yüksək səslə qulaq asdığı musiqinin səsinin azaldılmasını tələb edib. Rafail səsi azaltmayacağını bildirib və Nicatın ünvanına nalayiq söyüşlər söydükdən sonra aralarında mübahisə baş verib. Nəticəsində Nicat Rafaillə əlbəyaxa olub, əvvəlcə təpiklə onun sinəsindən vurub. Zərbənin təsirindən yerə yıxıldıqdan sonra isə təpik və yumruql bədəninin müxtəlif hissələrinə vurub. Daha sonra Rafail İusubovun ona nalayiq söyüşlər söyməkdə davam etdiyini görərək stolun üstündən götürdüyü şüşə bakal ilə onun baş nahiyyəsinə 2 dəfə vurub. 
Hadisəni törədən Nicatın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Nicat ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, pivə içmək üçün Ağstafa şəhərində yerləşən “Şamlıq” adlanan kafeyə gedib: “Rafailin masasına yaxın olan yerdə əyləşdim, içmək üçün pivə sifariş etdim. Bu zaman tanışım Rəhman da gələrək yanımda əyləşdi. Təxminən yarım saat sonra sanitar qovşağına getmək üçün ayağa qalxdım. Sanitar qovşağına gedən yol Rafailgilin əyləşdiyi masanın yanından keçdiyindən orada dayandım və Rafail ilə görüşdüm. Təxminən yarım saat sonra Rafailin səsgücləndiricinin səsini yuxarı qoyduğunu gördüm və bunu ona bildirdim. Lakin Rafail mənə kobud cavab verdi. Bu zaman mən də ona kobud şəkildə cavab qaytardım. Rafail yenidən ünvanıma yüksək səslə nalayiq ifadələr işlətməyə başladı. Bu zaman hər ikimiz ayağa qalxaraq bir-birimizə tərəf gəlməyə başladıq. Rafail sinəmə təpik atdı. Onun təpiyi qarın hissəsimin yanımda tutdu və hər ikimiz yerə yıxıldıq. Yerdə bir-birimizi vuran zaman obyekti işlədənlər və müştərilər gələrək bizi araladılar. Daha sonra biz ayağa qalxaraq yenidən əlbəyaxa olduq. Bu zaman Rafail yıxıldı və üzü üstə asfalta dəydi. Nəticədə huşumu itirdim. Rafail ayağa qalxa bilmədiyindən kənardakı şəxslər onun qolundan tutaraq qaldırdılar. Bundan sonra yaşadığım evə getdim. Rafaili bakalla vurmamışam”.
İş üzrə zərərçəkmiş Rafailin sözlərinə görə, Ağstafa şəhəri “Şamlıq” kafesinin yaxınlığında yaşayan sinif yoldaşı və dostu Qorxmaz ilə “votsap” sosial şəbəkəsində yazışaraq görüşmək qərara gəlib: “Qorxmaz işdən çıxdıqdan sonra kafenin qarşısında görüşdük. Birlikdə kafeyə daxil olaraq açıqlıq yerdə boş masalardan birində əyləşdik. Təxminən 1 saat sonra həmin kafeyə uzun müddət əvvəldən tanıdığım Nicat gəldi. Bu vaxta kimi mən iki bakal pivə içmişdim. Nicatı görən zaman yerimdən qalxdıq, Qorxmazla birlikdə onunla görüşdük, bir-birimiz ilə hal-əhval tutduq. Bir müddət sonra Qorxmaz gec olduğunu, sabah tezdən işə gedəcəyini bildirərək getdi. Qorxmaz getdikdən sonra ofisiantdan kənarda oxuyan səs gücləndiricinin mənim stoluma gətirməsini istədim və öz telefonum ilə həmin səs gücləndiriciyə “Bluetooth” vasitəsilə qoşularaq mahnı oxutmağa başladım”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra səs gücləndiriciyə yüksək səslə qulaq asdığı üçün yan masada əyləşən tanışı Nicat bu barədə ona narazılığını bildirib: “Bundan öncə həmin kafe də işləyən ofisiantlar da səsin yüksək olduğunu demişdilər və bu barədə xəbərdarlıq etmişdilər. Nicat narazılığını bildirdikdə yerimdən qalxaraq onun əyləşdiyi masaya doğru getdim. Bu zaman Nicat da yerindən qalxaraq mənə tərəf gəldi. Nicat içkili olduğumu deyərək sinəmdən geriyə itələdi. Bu zaman Nicatla əlbəyaxa oldum. Həmin vaxt sərxoş olduğum üçün hadisənin necə baş verdiyini xatırlaya bilmirəm. Kənarda olan şəxslər Nicatın əlində olan bakal ilə başımdan vuraraq qaçdığını dedilər. Bu zaman mənim üst-başım qan içində olub. Daha sonra məni Ağstafa rayon Mərkəzi Xəstəxanasına apardılar”.
Ağstafa Rayon Məhkəməsinin hökmü ilə Nicat 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsə yaşayış yerini cəzaçəkmə müddəti ərzində hər gün axşam saat 22:30-dan növbəti gün saat 06:00-dək tərk etməsinə, yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulub.
Bundan əlavə, qeyd olunan müddət ərzində təqsirləndirilən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Bundan başqa, təqsirləndirilən şəxsə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməsi qadağan olunub. 
Hökmdən məhkum tərəfindən apellyasiya şikayəti verilib. O, barəsində bəraət hökmü çıxarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edib. 
Apellyasiya şikayətini onunla əsaslandırıb ki, özünü təqsirli bilmir. O, zərərçəkmiş şəxsə qəsdən heç bir xəsarət yetirməyib, onu bokal və ya hər hansı bir alətlə vurmayıb, zərərçəkmiş şəxs öz ehtiyatsızlığından yıxılaraq xəsarət alıb. 
Bu şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Şikayət araşdırılan mərhələdə dövlət ittihamçısı vəsatətlə çıxış edib. O,  vəsatətdə qeyd edib ki, cinayət işini materiallarından birinci instansiya məhkəməsində işə baxılarkən Cinayət-Prosessual Məcəlləsinin 391.8.6-ci (birinci instansiya məhkəməsində məhkəmə baxışı təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə keçirildikdə) maddəsinin tələbləri kobud şəkildə pozulduğu məlum olub. Ona görə də qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edib. 
Hakimlər heyəti apellyasiya şikayətinin baxılmasına xitam veriblər. Ağstafa Rayon Məhkəməsinin hökmü ləğv edilib və cinayət işi birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışına göndərilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Yanvar 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri