Icma.az
close
up
RU
AFB Bankdan təbiətin yaşıllaşdırılmasına dəstək FOTOLAR

AFB Bankdan təbiətin yaşıllaşdırılmasına dəstək FOTOLAR

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

"AFB Bank" ətraf mühitin mühafizəsi, təbiətin yaşıllaşdırılması istiqamətindəki fəaliyyətlərini davam etdirir.
Bu məqsədlə bank Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirib. Aksiyada bankın əməkdaşları ərazinin mühitinə uyğunlaşa bilməsi ilə seçilən ağacların əkilməsini və baxım işlərini həyata keçiriblər.
Aksiya, ekoloji maarifləndirməni artırmaqla yanaşı, Bankımızın fəaliyyətinə Ekoloji, Sosial və İdarəetmə (ESİ) prinsiplərini inteqrasiya etmək istiqamətində atılan vacib addımlardan biridir. Bu kimi təşəbbüslər həm cəmiyyətə, həm də ətraf mühitə verdiyimiz dəyərin bir göstəricisidir.
Ağacəkmə aksiyası bankın yaxın zamanlarda təqdim etdiyi "MONO ECO" eko kart layihəsi ilə də birbaşa əlaqəlidir.
Məlumat üçün bildirək ki, “AFB Bank”ın “VİSA”nın dəstəyi ilə həyata keçirdiyi “MONO ECO” kart layihəsində ekologiya dostu materialdan hazırlanmış kartlar müştərilərin istifadəsinə verilib.
Bank sektorunda plastik kartlara alternativ ola biləcək eko kartları tanıtmaq məqsədi ilə həyata keçirilən bu layihə Azərbaycanda eko kartların istifadəsinin artımına təkan verə bilər. Bu kartlar “ISO 7810” və “NCITS 322” sertifikatlarına maliktam ekoloji materialdan hazırlanır. Kartın xüsusi materialı təbiətdə parçalana bilmə xüsusiyyəti ilə seçilir.
Qeyd edək ki, “MONO ECO” kart layihəsində “AFB Bank” təşəbbüs ilə çıxış edərək kart əldə hər bir müştəri adına 1 ağac əkiləcəyini də bildirib. Müşfiqabad qəsəbəsində keçirilən aksiyadakı ağacların bir qismi də elə eko kart əldə edən müştərilərin adına əkilib.
Onu da bildirək ki, layihə çərçivəsinə bank məktəblilər üçün maarifləndirici tədbir də həyata keçirib. “Avropa Azərbaycan” məktəbində baş tutan tədbirdə məktəblilərə bank kartları barədə məlumat verilmiş, istifadəsi ilə bağlı mühüm məlumatlar diqqətə çatdırılıb. Eyni zamanda, ətraf mühitin mühafizəsi barəsində danışarkən bankın “MONO” eko kartı da uşaqlara ekologiya dostu məhsullara bir nümunə olaraq göstərilib.
"AFB Bank" layihələri ilə istər COP29 ərəfəsində, istər sonrakı dövrdə ölkədə keçirilən tədbirlərə öz dəstəyini nümayiş etdirib.
Xatırladaq ki, ölkənin inkişaf edən banklarından olan “AFB Bank” ASC hazırda 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətləri təklif edir. Filial şəbəkəsi Bakı ilə yanaşı, Sumqayıt, Gəncə və Qəbələ şəhərlərini də əhatə edir.



 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:266
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Dekabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri