Həbib Nurməhəmmədov onu həbsdən azad etdirdi KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
UFC-nin keçmiş çempionu Həbib Nurməhəmmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmiləri ilə apardığı danışıqlardan sonra əmisi oğlu Usman Nurməhəmmədovun həbsdən azad edilməsinə nail olub.
KONKRET.az xəbər verir ki, bu barədə “Mash na sporte” məlumat yayıb.
Bildirilib ki, Həbib əvvəlcə UFC prezidenti Dana Uayta müraciət etsə də, sonuncu BƏƏ qanunvericiliyini əsas gətirərək kömək etməkdən imtina edib. Bundan sonra Həbib birbaşa Əmirliklərin rəsmiləri ilə əlaqə saxlayıb. Danışıqlar nəticəsində saxlanılan şəxslərin mərhələli şəkildə azad olunmasına dair razılıq əldə edilib.
Məlumata görə, Usman Nurməhəmmədov artıq həbsdən buraxılıb. Eyni zamanda, insident iştirakçılarının hadisə barədə ictimai açıqlama verməyəcəyinə dair təminat alınıb.
Xatırladaq ki, noyabrın 13-də Usman Nurməhəmmədov Əbu-Dabidə UFC döyüşçüsü Merab Dvalişvili ilə yaşanan dava səbəbindən 6 ay müddətinə həbs edilmişdi. Hadisə ilə əlaqədar daha 7 nəfər saxlanılmış, iştirakçılara yüksək məbləğdə cərimələr tətbiq olunmuşdu. Dvalişvili isə elə həmin gün sərbəst buraxılmışdı.\\“Bakupost”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 16 Noyabr 2026 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















