Robot ilk növbəsində işdən qaçdı VİDEO
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Çində altı humanoid robot 24 saat fəaliyyət göstərən ərzaq mağazasında tam növbə ərzində işləyib. Lakin onlardan ikisi üzərinə düşən vəzifələri yerinə yetirə bilməyib.
Modern.az xəbər verir ki, Çində genişmiqyaslı eksperiment keçirilib və proses canlı yayımlanıb. 2026-cı il noyabrın 2-dən 3-dək Agibot şirkətinin G2 model robotları Şanxayın Syuyxuey rayonunda yerləşən ərzaq mağazasının əməkdaşlarını əvəz ediblər.
Robotlara rəflərə məhsul düzmək, kofe və isti yeməklər hazırlamaq, müştəriləri qarşılamaq və zibilləri təmizləmək tapşırılıb.
Sınaq dörd mərhələdə – nahar vaxtı, axşam növbəsində, gecə növbəsində və səhər yeməyinə hazırlıq zamanı keçirilib.
Bundan əlavə, robotların çətin şəraitdə işləmək bacarığını yoxlamaq üçün xüsusi sınaqlar təşkil olunub. Müştərilər robotlardan şəkərli və şəkərsiz kolanı fərqləndirməyi tələb edib, onların qarşısında maneələr yaradıb, hətta robot yeməyi götürməyə çalışarkən qabı silkələyiblər.
Eksperimentin sonunda robotlar ümumilikdə 1 730 tapşırığı yerinə yetiriblər. Bunlara 683 müştərinin salamlanması, 369 məhsulun götürülməsi və çatdırılması əməliyyatı, eləcə də 147 dəfə kofe hazırlanması daxildir.
Bununla belə, altı robotdan yalnız dördü sınaqdan uğurla keçib. Təmizlik işlərinə cavabdeh olan və rəflərə nəzarət edən robot tapşırıqların öhdəsindən gələ bilməyib.
Rəflərə nəzarət edən robot məhsulların vəziyyətini yoxlamaq və ehtiyatları artırmaq məsələsində kifayət qədər təşəbbüs göstərməyib. O, həmçinin mağazanın iş tempinə uyğunlaşa bilməyib.
Təmizlik robotu isə gecə növbəsində ağzınadək dolu zibil qabı ilə qarşılaşıb. Nəticədə müəyyən edilmiş marşrutdan kənara çıxaraq mağazanın hüdudlarını tərk edib və iş yerindən uzaqlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 16 Noyabr 2026 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















