AFBIA: Maliyyə sektorundakı islahatlar kapital bazarının inkişafına güclü təkan verib
Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son illər Azərbaycanın maliyyə sektorunda həyata keçirilən islahatlar, rəqəmsallaşma və bazarın genişlənməsi ölkə iqtisadiyyatının dayanıqlılığını artırıb, eyni zamanda kapital bazarından yan keçməyib, onun inkişafına güclü təkan verib.
“Report” xəbər verir ki, bunu "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" (AFBİA) İctimai Birliyinin İdarə Heyətinin sədri Ceyhun İbrahimov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
"İnvestisiya imkanlarının genişlənməsi, tənzimləyici çərçivənin təkmilləşdirilməsi, investorların, xüsusi ilə fiziki şəxslərin bazarda daha fəal iştirakı maliyyə sisteminin sabitliyini gücləndirir. Bu gün rəqəmsallaşma seçim deyil, zərurətdir. Fintex həllərin, blokçeyn texnologiyaların və süni intellekt əsaslı maliyyə xidmətlərinin bazara inteqrasiyası investisiya strategiyalarını və ticarət mexanzimlərini yenidən formalaşdırır", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 14 Fevral 2025 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















