AfD lideri: Ukrayna əraziləri Rusiyaya verib, müharibəni bitirməlidir
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniyanın ultrasağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının lideri Alis Vaydel Rusiya-Ukrayna müharibəsi ilə bağlı növbəti dəfə qalmaqallı açıqlama verib.
Teleqraf xəbər verir ki, o, Ukraynanı Rusiya tərəfindən işğal edilmiş Donbas və digər bölgələrindən imtina etməyə çağırıb.
Vaydel müharibənin yalnız “rusdilli ərazilər”in Rusiyaya verilməsi ilə başa çatdırıla biləcəyini iddia edərək, Kiyevi öz əhalisini atəşə tutmaqda günahlandırıb:
“Bu gün işğal olunmuş ərazilər güzəştə gedilmədən sülh müqaviləsinin bağlana biləcəyini düşünmək tamamilə illüziyadır. Ruslara özləri ilə NATO arasında bu “təhlükəsizlik dəhlizi” lazımdır, bundan daha azına razı olmayacaqlar”.
AfD lideri Rusiyanın Ukraynanın nəzarətində saxladığı “rusdilli ərazilər”dən imtina etməyəcəyini də qeyd edib:
“Rusdilli ərazilər Rusiyaya veriləcək və Rusiya bundan imtina etməyəcək. Nəyə görə imtina etməlidir ki? İşğaldan əvvəl Ukrayna Donbas əhalisini raketlərlə özü atəşə tuturdu. Bu barədə həmişə susmağa üstünlük verirlər”.
Alis Vaydelin fikrincə, müharibə hələ 2022-ci ildə başa çatdırılmalı idi, o zaman İstanbul razılaşmaları Ukrayna üçün bugünkündən qat-qat əlverişli şərtlər nəzərdə tuturdu. Bununla yanaşı, o, İstanbulda sülh müqaviləsinin imzalanmasında Ukrayna Prezidenti Volodimir Zelenskinin maneələrlə üzləşdiyini iddia edib.
“Qərb, xüsusilə də Böyük Britaniya tamamilə yanlış gözləntilər yaratdı. Nəticədə Zelenski geri çağırıldı”, - Vaydel əlavə edib.
AfD lideri Almaniya Kansleri Fridrix Mertsin yerində olsaydı, danışıqlar aparmaq üçün dərhal Rusiyaya yollanacağını söyləyib:
“Fridrix Mertsin yerində olsaydım, ona dərhal Rusiyaya getməyi, Putinlə danışıqlar masasına əyləşməyi, ardınca Zelenski ilə görüşməyi məsləhət görərdim. Yaxud əvvəlcə Zelenskinin yanına getmək olardı. Amma onlar daim yalnız Kiyevə səfər edirlər, Moskvaya isə ümumiyyətlə getmirlər. Bunun necə mümkün olduğunu başa düşmürəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 27 Noyabr 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















