Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Bakıda 28 istiqamətdə sıxlıq var

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

57 yaşlı Cennifer Lopez belə formada qalır

Moskva Zəngəzur marşrutunda öz payını istəyir Baş redaktor

Moskva Zəngəzur marşrutunda öz payını istəyir Baş redaktor

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Zəngəzurdan keçəcək nəqliyyat marşrutu ətrafında geosiyasi rəqabət yeni mərhələyə qədəm qoyur. ABŞ-ın təşəbbüsü ilə irəli sürülən TRIPP layihəsinin praktiki icrasına başlanması Rusiyanı da hərəkətə keçirib. Moskva artıq bu marşrutun reallaşmasına münasibətdə öz maraqlarının nəzərə alınmasını açıq şəkildə tələb edir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın son açıqlaması da bunu təsdiqləyir.
Zaxarova bildirib ki, TRIPP layihəsi Rusiyanın və İranın maraqlarına toxunmamalı, regionda yeni ayırıcı xətlər yaratmamalıdır. Əks halda, onun sözlərinə görə, bu nəqliyyat-logistika təşəbbüsü uğursuzluğa məhkum olacaq. Moskva eyni zamanda layihənin texniki parametrlərinin, tikinti müddətlərinin, infrastrukturdan istifadə qaydalarının və yükdaşımaların həcminin hələ tam açıqlanmadığını vurğulayır.
Bu bəyanatın arxasında yalnız diplomatik narahatlıq deyil, həm də Rusiyanın Cənubi Qafqazda əvvəlki təsir imkanlarını qorumaq cəhdi dayanır. Uzun illər regionun nəqliyyat və kommunikasiya məsələlərində əsas vasitəçilərdən biri olan Moskva indi yeni geosiyasi reallıqla üzləşir. Vaşinqtonun prosesə birbaşa qoşulması və Ermənistan ərazisindən keçəcək marşrutun ABŞ-ın iştirakı ilə həyata keçirilməsi Rusiyanın ənənəvi mövqelərini zəiflədə bilər.
Lakin Moskvanın əlində mühüm təsir vasitəsi qalır. Söhbət Ermənistanın dəmir yollarının idarə edilməsindən gedir. Ermənistanın dəmir yolu infrastrukturu 2008-ci ildə imzalanmış 30 illik konsessiya müqaviləsi əsasında Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti tərəfindən idarə olunur. Müqavilənin müddəti 2038-ci ilədəkdir və uzadılma imkanı da nəzərdə tutulub. Beləliklə, Ermənistan ərazisində həyata keçiriləcək yeni nəqliyyat layihəsinin dəmir yolu komponenti Rusiyanın mövcud idarəçilik hüquqları ilə müəyyən mənada kəsişir.
ABŞ-ın sülh missiyaları üzrə xüsusi elçisinin baş müşaviri Arye Laytstoun da noyabrın 25-də bu məsələyə münasibət bildirib. O, Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinin TRIPP layihəsinə təsir göstərəcəyini, lakin bu təsirin müsbət, yoxsa mənfi olacağının hələ bəlli olmadığını deyib. Laytstoun Rusiyanın iştirakı ilə layihənin uğurla həyata keçirilə biləcəyi, yaxud TRIPP-in Rusiyanın dəmir yolu idarəçiliyindən asılı olmadan fəaliyyət göstərə biləcəyi ssenarilərin mövcudluğunu da istisna etməyib.

Ermənistan hökuməti də dəmir yollarının idarə olunması məsələsini yenidən gündəmə gətirib. İrəvan Rusiyanın konsessiya hüquqlarının dəyişdirilməsi və üçüncü tərəfin prosesə cəlb olunması imkanlarını müzakirə edir. Noyabrın 27-də Ermənistan və Rusiya arasında dəmir yollarının fəaliyyəti ilə bağlı birgə işçi qrupunun növbəti görüşünün keçirilməsi də bu məsələnin aktuallığını göstərir.
Digər tərəfdən, TRIPP layihəsinin həyata keçirilməsi Azərbaycan üçün də mühüm strateji əhəmiyyət daşıyır. Marşrut Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirməklə yanaşı, Orta Dəhlizin imkanlarını genişləndirə, regionda yeni ticarət və logistika əlaqələri yarada bilər. Bu baxımdan, layihənin hansı dövlətin geosiyasi təsir alətinə çevrilməsindən daha vacib məsələ onun Azərbaycanın suveren hüquqlarına və milli maraqlarına uyğun şəkildə reallaşdırılmasıdır.
Moskvanın hazırkı mövqeyi göstərir ki, Rusiya layihənin qarşısını almaqla kifayətlənmək niyyətində olmaya, onun həyata keçirilməsində özünə yer axtara bilər. Vaşinqtonla mümkün razılaşma, Ermənistan dəmir yolları üzərindəki idarəçilik hüquqları və Şimal-Cənub nəqliyyat dəhlizi ilə əlaqələndirmə imkanları Moskvanın əlindəki əsas vasitələrdir. Bu ehtimallar hələlik siyasi təhlil səviyyəsindədir, lakin Rusiyanın son bəyanatları onun regiondakı proseslərdən kənarda qalmaq istəmədiyini açıq göstərir.
Zəngəzur marşrutu uğrunda rəqabət təkcə yolların, dəmir xətlərinin və yükdaşımaların taleyi ilə bağlı deyil. Burada söhbət Cənubi Qafqazın gələcək nəqliyyat xəritəsinə kimin təsir göstərəcəyindən gedir. Azərbaycan üçün əsas məsələ isə bu prosesdə əldə etdiyi strateji imkanları qorumaq, Naxçıvanla maneəsiz bağlantının reallaşmasını təmin etmək və regionun yeni kommunikasiya sistemində öz mövqeyini möhkəmləndirməkdir.
Azər Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 Noyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see313

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see310

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see305

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see302

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see280

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see266

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see264

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see260

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see254

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see254

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see252

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see250

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see237

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see231

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see225

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see224

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see213

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see212

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see195

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri