“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Icma.az bildirir, Sia Az portalına istinadən.
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və “Ədliyyə Könüllüləri” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc Hüquq Maarifçiləri” layihəsi uğurla başa çatıb.
SİA xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, layihənin əsas məqsədi gənclərin hüquqi biliklərinin artırılması, hüquqi maarifləndirmə sahəsində təşəbbüskarlığının və fəallığının dəstəklənməsi, eləcə də gənclər arasında hüquq mədəniyyətinin təşviqindən ibarət olub.
Layihə çərçivəsində Bakı şəhərində hüququn müxtəlif istiqamətlərini əhatə edən maarifləndirici təlimlər təşkil edilib. Təlimlərdə fəallığı ilə seçilən iştirakçılar əldə etdikləri bilik və təcrübəni Quba və Lənkəran şəhərlərində digər gənclərlə bölüşərək hüquqi maarifləndirmə tədbirləri həyata keçiriblər.
Əmək hüquqları, insan hüquqlarının müdafiəsi, fərdi məlumatların qorunması, Konstitusiya və təhsil hüququ kimi mövzuları əhatə edən layihə gənclərin hüquqi biliklərinin artırılmasına, onların maarifləndirmə prosesində fəal iştirakına və regionlarda hüquq mədəniyyətinin təşviqinə töhfə verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 27 Noyabr 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















