AFFA akademiya rəhbərləri ilə görüşdü
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
27–28 oktyabr tarixlərində “Radisson Hotel Baku”da AFFA-nın texniki direktoru Edmond Klausun iştirakı ilə Premyer Liqa klublarının və digər futbol klublarının akademiya rəhbərləri arasında işgüzar görüş keçirilib.
Futbolpress.az xəbər verir ki, görüşdə AFFA ilə futbol klubları arasında əməkdaşlığın genişləndirilməsi, uşaq futbolunun inkişafı istiqamətində gələcək planlar və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan futbolunun mövcud problemləri və yerli futbolçuların xarakterik xüsusiyyətləri müzakirə olunub.
Tədbir çərçivəsində AFFA-nın Futbolun İnkişafı Departamentinin əməkdaşı Sakit Rzayev metodologiya və futbolda oyun modeli mövzularında təqdimatla çıxış edib.
Görüşün ikinci günündə iştirakçılar FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində keçirilən Azərbaycan – Çili oyununu birlikdə izləyiblər.
Qeyd edək ki, AFFA ilə futbol klublarının akademiya rəhbərləri arasında bu formatda görüşlərin ildə üç dəfə keçirilməsi nəzərdə tutulur. Növbəti görüşün gələn ilin yanvar ayında təşkili planlaşdırıl ır.
Baxış sayı:130
Bu xəbər 31 Oktyabr 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















