AFFA prezidenti Ronaldinyo ilə görüşdü
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
AFFA prezidenti Rövşən Nəcəf braziliyalı futbol ulduzu Ronaldinyo ilə görüşüb.
Axar.az xəbər verir ki, görüş COP29 çərçivəsində Bakıda baş tutub.
Görüş zamanı Rövşən Nəcəf və Ronaldinyo qarşılıqlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, COP29 çərçivəsində ölkəmizə gələn Ronaldinyo müxtəlif tədbirlərdə iştirak edir.

AFFA prezidenti Ronaldinyo ilə görüşdü
14 Noyabr 2024 09:39

