AFFA dan cəza və cərimələr
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 9-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
“Araz-Naxçıvan”– “Qəbələ” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.
Həmin matçda “Qəbələ” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün bölgə təmsilçisi 700 manat cərimə edilib.
“Şəfa”– “Kəpəz” oyunundan əvvəl “Şəfa” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə klub 1500 manat cərimələnib.
“Neftçi”– “Turan Tovuz” matçının 29-cu dəqiqəsində “Neftçi”nin 5 nömrəli futbolçusu İqor Ribeyro ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmayacaq. “Neftçi” isə 1000 manat cərimə edilib.
“İmişli”– “Şamaxı” oyununda “Şamaxı”nın 5 futbolçusu sarı vərəqə aldığı üçün bölgə təmsilçisi 700 manat cərimələnib.
“Sabah”– “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə Ağdam klubu 6000 manat cərimə edilib.
Həmin görüşdə “Qarabağ” azarkeşləri tərəfindən stadionda 27 ədəd skamya sındırıldığına görə stadiona dəymiş zərər “Qarabağ” tərəfindən qarşılanacaq.
Baxış sayı:84
Bu xəbər 28 Oktyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















