Icma.az
close
up
RU
“AFFA dan fikrimi öyrəniblər, müsbət yanaşmışam” Arif Əsədov

“AFFA dan fikrimi öyrəniblər, müsbət yanaşmışam” Arif Əsədov

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Adı Azərbaycanın U-21 yığması ilə hallanan əsas millimizin sabiq məşqçisi Arif Əsədov yayılan xəbərlərə münasibət bildirib.

O, Qol.az saytına açıqlamasında AFFA-dan belə bir təklif aldığını bildirib:

“İndi bununla bağlı bir şey deyə bilmərəm. Yaxın günlərdə yəqin ki, İcraiyyə Komitəsi qərar verəcək. Mənə AFFA-dan müraciət ediblər və fikrimi öyrəniblər. Mən isə bu təklifə müsbət yanaşmışam”.

A.Əsədov qeyd edib ki, hazırda U-21-də problemlər olsa da, bu komandanı da irəli aparmaq mümkündür: “Bizdə aşağı yaş qrupları üzrə millilərdə problemlər mövcuddur. Neçə illərdir ki, bunu görürük. U-21-də də oyunçu çatışmazlıqları var. Amma mümkünsüz bir şey deyil. Əsas odur ki, düzgün iş qurasan. Mərhələli şəkildə istəyə çatmaq olar. Düzgün seleksiya aparmaqla inkişafa nail olmaq mümkündür. Təbii ki, futbolçu oynamalıdır ki, inkişaf etsin. Bizdə həmişə U-21 millisində oyun təcrübəsi sarıdan problemlər olub. Bir müddət əvvəl U-21 millisi üçün məcburi limit qoyulmuşdu. O da istənilən effekti vermədi. Çünki demək olar ki, klublarda 21 yaşadək futbolçulardan ancaq hücumameyilli oyunçulara şans verilirdi. U-21-də cinah və mərkəz müdafiəçiləri tapılmırdı. İndi isə legioner limiti ləğv olunub. Dediyim kimi, müəyyən limitlər olduğu halda da problemlər yaşanırdı. İndi bu yeni sistemi də sınayaq. Görək hansı effekti verəcək. Təbii ki, ilk illərdə bütün milli komandalarımız əziyyət çəkəcək. Buna hazır olmalıyıq. Bilmirik, bəlkə də tam əski olacaq”. 

Azərbaycanın əsas millisi bu ay Belarus və Haiti, iyunda isə Macarıstan və Latviya ilə yoldaşlıq görüşü keçirəcək. Millimizin rəqibləri haqda danışan A.Əsədov qeyd edib ki, onların arasında ən maraqlı olanı Haiti yığmasıdır:  "Bu gün rəqiblərimiz haqqında kimsə “zəifdir” deyə bilər. Amma hazırda durumumuz elədir ki, bizə də zəif gözü ilə baxırlar. Bu oyunlarda qalib gəlmək ona görə vacibdir ki, komandada qələbə ruhu formalaşsın. Son qələbəmiz Qazaxıtanla oyunda (11 iyun, 2024-cü il – red.) olub. Ondan sonra isə millimiz cəmi bir heç-heçə edib və digər oyunlarda uduzmuşuq. Nəticədə Millətlər Liqasında D liqasına düşmüşük. 

Latviya, Macarıstan və Belarusla oyunlarımız olub. Macarıstana qalib gələ bilməmişik, amma digər iki rəqibi üstləyə bilmişik. DÇ-2026-nın seçmə mərhələsi öncəsi Macarıstanla oyun bizim üçün son test ola bilər. Seçmə mərhələyə hansı səviyyədə hazır olduğumuzu həmin görüşdən sonra biləcəyik. Haiti millisinə də kimsə zəif gözü ilə baxa bilər. Amma onlar FİFA reytinqində bizdən öndədirlər. Bu milli ilə oyun maraqlıdır. Çünki ilk dəfə qarşılaşacağıq. Onların futbol fəlsəfəsi də, mədəniyyəti də başqadır. Belə bir komanda ilə görüş də millimizin xeyrinə olacaq. Komandamız uğurlar arzulayıram”.

Ramiq Ağaməmmədov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://qol.az
archiveBu xəbər 12 Mart 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri