AFFA Futbolda istedadların aşkarlanması və oyunçu seçimi mövzusunda vebinar təşkil edib
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
AFFA tərəfindən "Futbolda istedadların aşkarlanması və oyunçu seçimi" mövzusunda vebinar keçirilib.
"Cebheinfo.az" quruma istinadən xəbər verir ki, tədbirdə Bakı və regionlardan olan məşqçilər, akademiya və klub nümayəndələri, eləcə də fiziki tərbiyə müəllimləri iştirak ediblər.
Vebinar İtaliyada futbolda istedadların müəyyənləşdirilməsi və skautinq sahəsində fəaliyyət göstərən Kamran Şahverdiyev tərəfindən təqdim olunub. Təlimçi istedadların aşkarlanması, oyunçu seçimi və inkişafı sahəsində əldə etdiyi təcrübəni iştirakçılarla bölüşüb, müasir yanaşmalar barədə məlumat verib.
Onlayn seminar zamanı istedadlı oyunçuların müəyyənləşdirilməsi və inkişaf etdirilməsi, oyunçuların texniki, taktiki, fiziki və psixoloji göstəricilər əsasında qiymətləndirilməsi, skautinq prosesinin əsas mərhələləri, məlumatların təhlili və müasir skautinq vasitələrindən istifadə mövzuları müzakirə olunub.
İnteraktiv müzakirələr zamanı iştirakçılar Azərbaycanda istedadların aşkarlanması, oyunçu seçimi və inkişafı sahəsində qarşılaşdıqları çətinlikləri bölüşüb, klub və akademiyalarda tətbiq olunan yanaşmalar, eləcə də beynəlxalq təcrübənin tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
İştirakçılar vebinarı yüksək qiymətləndirərək gələcəkdə mövzu üzrə beynəlxalq təcrübədən daha geniş şəkildə yararlanacaqlarını bildiriblər.
AFFA futbol mütəxəssisləri üçün aktual mövzular üzrə öyrənmə və inkişaf imkanları təşkil etməyə davam edəcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 13 Avqust 2026 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















