AFFA İstiqlal ı çempionatdan kənarlaşdırdı
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
AFFA "İstiqlal" klubunu Region Liqasından kənarlaşdırıb.
Fanat.Az xəbər verir ki, bu qərar qurumun İntizam Komitəsinin son iclasında qərar qəbul olunub.
Ötən il dekabrın 28-də keçirilməli olan "İstiqlal" – "Sabirabad" oyunu meydan sahiblərinin təyin edilən vaxtda stadionda olmaması səbəbindən baş tutmayıb.
Nəticədə "İstiqlal" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
Eyni hal ardıcıl üçüncü dəfə təkrarlandığı üçün komanda çempionatdan çıxarılıb.
Ötən il dekabrın 29-da AFFA Region Liqasında keçirilməli olan "Xocalı" - "Gəncə" görüşünün təkrar oynanılmasına qərar verilib. Buna səbəb hər iki komandanın oyun formasının eyni olduğuna görə matçın baş tutmamasıdır.
Baxış sayı:137
Bu xəbər 14 Yanvar 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















