Icma.az
close
up
RU
AFFA milliyə əcnəbi məşqçi gətirir: Ayxan Abbasov əl ayağa düşüb

AFFA milliyə əcnəbi məşqçi gətirir: Ayxan Abbasov əl ayağa düşüb

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Bu günlərdə mətbuatda Birinci Liqanın lideri "Şəfa" ilə bağlı müxtəlif məlumatlar yayılmağa başlayıb. Bu, təsadüfi deyil. Çünki paytaxt təmsilçisi çempionatda sona 3 tur qalmış ən yaxın izləyicisi "Mingəçevir"i 8 xal qabaqlayır. Bu o deməkdir ki, komanda növbəti oyunlarda 2 xal qazanarsa, həm çempion olacaq, həm də Premyer Liqaya birbaşa vəsiqə qazanacaq.

Buna görə də "Şəfa" ətrafında söz-söhbətlər səngimir. Transfer xəbərləri ilə yanaşı müxtəlif mütəxəssislərin baş məşqçi postuna namizədliyi müzakirə olunur. Əvvəlcə "Qarabağ"ın akademiyasının koordinatoru Aftandil Hacıyevin, son günlərdə isə Ayxan Abbasovun adı komanda ilə hallandı. Bəli, Abbasov futbol üzrə Azərbaycan milli komandasının və "Şamaxı"nın hazırkı baş məşqçisidir. O, mövsümün sonunda bölgə klubundan ayrılacağını artıq açıqlayıb. Bu barədə daha sonra.

Moderator.az bildirir ki, Publika.az-ın "Şəfa" rəhbərliyinə yaxın şəxslərdən əldə etdiyi məlumata görə, klubun maliyyəçisi olan iş adamı Emil İsgəndərov yeni baş məşqçi axtarmır. O, İkinci Liqadan komandaya rəhbərlik edən və qazanılan uğurlarda pay sahibi olan Elgiz Kərəmliyə Premyer Liqada da şans vermək istəyir və gənc mütəxəssisin bu şansı haqq etdiyini düşünür. Mənbənin verdiyi məlumata görə, Aftandil Hacıyev və Ayxan Abbasovla, ümumiyyətlə danışıqlar aparılmayıb.

Belə olan halda hər kəsi maraqlandıran bir sual ortaya çıxır - Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasovun adı niyə klubla yanaşı hallandırılır? Səbəb nədir?

44 yaşlı mütəxəssislə bağlı son informasiyalardan sonra araşdırma apardıq və bir sıra məlumatlar əldə etdik. Bəlli oldu ki, AFFA-da bəzi qüvvələr millidə məşqçi dəyişikliyi ilə bağlı plan qururlar və əcnəbi mütəxəssis axtarışlarına başlayıblar. Onlar federasiya prezidenti Rövşən Nəcəfin seçimi ilə yığmanın həvalə edildiyi Ayxan Abbasovun Millətlər Liqasında fiaskoya uğramasını gözləyirlər. Bu baş verərsə, Ayxan Abbasovun müqaviləsi uzadılmayacaq və onlar da "yerli məşqçilər bacarmır" deyərək yenidə millini əcnəbilərə tapşırmağı planlaşdırırlar.

Ayxan Abbasov da proseslərdən xəbərdardır. Bu vəziyyət də onun xoşuna gəlmir. İllər əvvəl Qurban Qurbanovun başına gələn hadisə onun üçün də təkrarlana bilər. Bu səbəbdən də indidən iş yeri axtarışlarına başlayıb. Ona görə də adı "Şəfa" ilə hallandırılır. Bu, klublara ötürülən bir mesajdır. Yəni Ayxan Abbasov özünü gündəmdə saxlamaqla, “dar gün” üçün plan qurur. Bir sözlə, AFFA-da axtarış başlayıb: rəhbərlik əcnəbi baş məşqçi, Ayxan Abbasov da yeni iş yeri axtarır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Aprel 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri