Dünyanın diqqəti Çində Putin Tramp görüşü başladı Video
Icma.az, Bizim media saytına istinadən bildirir.
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında ikitərəfli görüş başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə TASS xəbər agentliyi məlumat yayıb.
Danışıqlar Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutur.
Bu, 2025-ci ilin avqustunda Ankoricdə keçirilən sammitdən sonra Putin və Trampın ilk üzbəüz görüşüdür. Ümumilikdə isə son 9 ildə (Trampın hər iki prezidentlik dövrü ərzində) liderlər səkkizinci dəfə görüşürlər.
Məlumata görə, dünən Rusiya və ABŞ prezidentlərinin rəsmi qəbul zamanı qısa söhbət etmək imkanı olub. Onlar əl sıxaraq bir neçə kəlmə ilə fikir mübadiləsi aparıblar. Hazırda isə dövlət başçıları nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparırlar.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 19 Noyabr 2026 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















