AFFA nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib.
Apasport.az xəbər verir ki, tədbirin əvvəlində AFFA-nın texniki direktoru Edmond Klaus çıxış edib.
O, assosiasiyanın gələcək fəaliyyət istiqamətləri, futbol klubları ilə əməkdaşlığın inkişaf etdirilməsi, milli komandalar üçün oyunçu seçimi və istedadlı futbolçuların müəyyənləşdirilməsi istiqamətində görüləcək işlər barədə məlumat verib.
Tədbir zamanı skautinq sahəsində beynəlxalq təcrübəyə malik mütəxəssis Rene Moonenin Azərbaycana dəvət olunmasının əhəmiyyətindən də danışılıb. Müxtəlif futbol klublarının məşqçiləri və akademiya direktorlarının seminarda iştirakı skautinq sahəsində bilik və təcrübə mübadiləsi baxımından mühüm amil kimi qiymətləndirilib.
Seminarda Məşqçilər Komitəsinin üzvləri, AFFA-nın Futbolun İnkişafı Departamentinin Skautinq şöbəsinin əməkdaşları, eləcə də qadınlardan ibarət milli komandanın məşqçiləri iştirak ediblər.
Sonda sual-cavab sessiyası keçirilib. İştirakçıların skautinq prosesi, oyunçu seçimi və digər əlaqəli mövzularla bağlı suallarını cavablandıran Rene Moonen praktiki təcrübəsinə əsaslanan fikir və tövsiyələrini bölüşüb.
SOCAR ilə İtaliya Futbol Federasiyası arasında müqavilə imzalanıb "Qarabağ" üçün şad xəbər: SAVO QAYIDIR "Qəbələ"də yeni təyinatlar “Turan Tovuz” – “Fənərbaxça” matçına 16 500 bilet satılıb Yeton Beqiri: “Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 29 Sentyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















