Icma.az
close
up
RU
İspanlarla 7 ci duel

İspanlarla 7 ci duel

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin III turunda İspaniyada “Atletik”in qonağı olacaq. Bilbao təmsilçisi ilə görüşə saat 20:45-də start veriləcək.

Bu, Azərbaycan klublarının avrokuboklarda “Atletik”ə qarşı üçüncü sınağı olacaq. Keçmiş “İnter” (indiki “Şamaxı”) 2015-ci ildə Avropa Liqasında “Atletik”lə iki oyun keçirib. Bilbaoda 0:2 hesabıyla uduzan komanda Bakıda qolsuz heç-heçə edib.

“Qarabağ” isə beynəlxalq arenada 7-ci dəfə İspaniya təmsilçisi ilə üz-üzə gələcək. Azərbaycan çempionu birinci dəfə 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində Madrid “Atletiko”su qarşılaşıb. Hər iki görüş bərabərliklə başa çatıb. İspaniyada 1:1, Bakıda 0:0 hesabı qeydə alınıb.

2019-cu ildə Avropa Liqasının qrup mərhələsində “Sevilya”ya rəqib olan “Qarabağ” hər iki oyunu uduzub – 0:3, 0:2.

Son sınaq isə 2020-ci ildə Avropa Liqasının qrupunda “Vilyarreal”a qarşı olub. “Qarabağ” bu rəqibə də hər iki oyunda məğlub olub – 1:3, 0:3.

“Qarabağ” bu mövsüm Liqa mərhələsində 2 oyunda 6 xal qazanıb. Portuqaliyada “Benfika”nı məğlub edən (3:2) komanda Bakıda da “Kopenhagen”i üstələyib (2:1). “Atletik” isə iki matçda da uduzub. Bilbao təmsilçisi Dortmund “Borussiya”sına 1:4, “Arsenal”a isə 0:2 hesabıyla məğlub olub.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 21 Oktyabr 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri