Icma.az
close
up
RU
Azərbaycanda iş saatları azaldıla bilər Vacib şərtlər

Azərbaycanda iş saatları azaldıla bilər Vacib şərtlər

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

İş saatlarının dəyişdirilməsi ilə bağlı təkliflər cəmiyyətdə müzakirələr yaradıb. Paralel olaraq, saat hesabı qrafikin tətbiqi də gündəmdədir. Sözügedən məsələlər fonunda qanunvericilikdə iş saatının azaldılmasının hansı hallarda mümkün olduğu sualı ortaya çıxır.

Bu proses necə tənzimlənir?

Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, müəyyən kateqoriyadan olan çalışanları iş saatı onların ərizəsi əsasında azaldıla bilər:

“Əmək Məcəlləsinin 91-ci maddəsinə görə, 16 yaşına qədər olan işçilər həftədə 24, 16-18 yaş arası işçilər isə həftədə 36 saat işləyirlər. Fiziki sağlamlığının 61, yaxud 81 faizdən çox hissəsini itirmiş, yəni  I və II qrup əlilliyi olan şəxslər üçün də həftəlik 36 saatlıq iş vaxtı müəyyən edilir. Hamilə qadınlar, yaş yarımadək, eləcə də üç yaşınadək uşağı olan qadınlar üçün də onların ərizəsi əsasında qısaldılmış 36 saatlıq iş vaxtı tətbiq olunur. Əgər işçi qısaldılmış iş vaxtından artıq çalışmaq istəyirsə, bu, yalnız onun yazılı ərizəsi və razılığı əsasında mümkündür”.

Ramil Süleymanov

Hüquqşünas qeyd edib ki, natamam iş vaxtı tətbiq edildikdə, vətəndaşın əməkhaqqısı işlədiyi vaxta mütənasib hesablanır:

“Lakin bu, onun əmək hüquqlarına və sosial təminatına təsir etmir. Yəni işçi eyni məzuniyyət, sosial sığorta və digər hüquqlardan tam şəkildə yararlana bilir”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:305
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri