AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva və şöbənin əməkdaşları Meksikanın Azərbaycandakı səfirliyində səfərdə olublar.
QOL.az xəbər verir ki, səfər çərçivəsində Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero ilə görüş keçirilib.
Görüşdə AFFA ilə Meksika tərəfi arasında əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi və sosial və ətraf mühit dayanıqlılığı sahəsində qarşılıqlı fəaliyyət imkanları müzakirə olunub. Həmçinin gender bərabərliyinin təşviqi, həyata keçirilən layihələrdə qarşılıqlı iştirak və tərəflər arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda AFFA nümayəndələri tərəfindən səfir Mariya Viktoriya Romero Kabalyeroya hədiyyə təqdim olunub və xatirə fotosu çəkdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 05 Oktyabr 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















