AFFA ilə PFF nümayəndələri görüşdü
Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Pakistan Futbol Federasiyasının (PFF) prezidenti Sayed Mohsen Gilani ilə görüşüb.
Futbolpress.az xəbər verir ki, görüşdə AFFA və PFF arasında əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Tərəflər iki ölkənin futbol qurumları arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq, bu tərəfdaşlığın gələcəkdə həm Azərbaycanda, həm də Pakistanda futbolun inkişafına mühüm fayda verəcəyinə əminliklərini ifadə ediblər.
Müzakirələr çərçivəsində uşaq futbolunun inkişafı, milli komandalar səviyyəsində təcrübə mübadiləsinin təşkili, hakim kadrlarının hazırlanması, həmçinin birgə təlim-məşq toplanışlarının keçirilməsi imkanları nəzərdən keçirilib. Qarşılıqlı dəstək proqramlarının hər iki ölkədə futbolun kütləviliyinin və keyfiyyətinin artırılmasına xidmət edəcəyi qeyd olunub.
Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev də iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 18 Sentyabr 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















