AFFA rəsmisi aşağı yaş qrupları üzrə millilərin problemlərini açıqladı
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Hər iki yaş qrupu üzrə millilərimiz qrupun ilk oyunlarında böyükhesablı məğlubiyyətlərlə üzləşsələr də, turnirin son görüşlərində xal qazanmağı bacardılar. Müdafiə xəttində ciddi boşluqlar və nəticə baxımından qeyri-sabitliklə yadda qalsalar da, son turlarda nümayiş etdirilən mübarizə əzmi müəyyən nikbinlik yaradır”.
Bu sözləri AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov U-17 və U-19 yığmalarımızın Avropa çempionatlarının birinci raundundakı çıxışlarını dəyərləndirərkən deyib.
Təcrübəli mütəxəssis aşağı yaş qrupları üzrə seçmələrimizin üzləşdiyi çətinliklərdən, fiziki hazırlıq və səviyyə fərqindən, həmçinin son matçlarda göstərilən xarakterdən söz açıb.
“Ən vacibi isə, hesab edirəm ki, futbolçularımız xarakter nümayiş etdirdilər. Son oyunlarda psixoloji cəhətdən ağır vəziyyətə düşmədilər, özlərini toparlayaraq hər iki komanda rəqibləri ilə qarşılaşmalarda potensialını ortaya qoyub xal qazanmağı bacardı.
Ümumilikdə götürdükdə, istər-istəməz səviyyə fərqinin hiss olunduğunu görürük. Fiziki hazırlıq da müəyyən mənada öz təsirini göstərirdi. Səviyyə fərqindən danışarkən, xüsusilə U-17 millimizdə Almaniyanı əvvəlcədən qrupun lideri kimi görürdük. Şimali İrlandiya ilə qeyri-sabit oyun nümayiş etdirən komandamız, buna baxmayaraq, ilk yarıda və təxminən 60-cı dəqiqədə buraxılan qola qədər özünü ən yaxşı tərəfdən göstərə bilmişdi. Son oyundakı dönüş isə gələcəyə nikbin baxmağa imkan verir. Litva ilə 1:1 hesablı heç-heçə də komandanın mübarizəni sonadək davam etdirdiyini göstərdi.
U-19 millisinə gəlincə, püşkatmadan sonra düşünmək olardı ki, ən azı ikinci, üçüncü yer uğrunda mübarizə aparmaq mümkündür. Ancaq ilk matçlar göstərdi ki, qrupun favoritləri Serbiya və Monteneqrodur. Serbiya həm reytinq baxımından bizdən üstün olduğu, həm də ev sahibi olduğu üçün favorit hesab edilirdi. Monteneqronun püşkatmada birinci səbətdə yer alması isə bu komandanın da iddialı və böyük hədəfləri olan kollektiv olduğunu göstərirdi. Sonda da elə alındı ki, bu qrupdan cəmi bir kollektiv növbəti mərhələyə yüksəldi və həmin komanda Monteneqro oldu.
Ümumi qiymətləndirməyə gəldikdə, hər iki komandanın nəticələri aşağı yaş qruplarında ilk növbədə beynəlxalq oyun təcrübəsinin az olduğunu, fiziki hazırlıq səviyyəsinin Avropa standartlarından geri qaldığını göstərir. Digər tərəfdən, böyükhesablı məğlubiyyətlər düşündürücü olsa da, futbolçuların turnirin son oyunlarında təslim olmayaraq xal və qələbə qazanmaları gələcək inkişaf baxımından önəmli təcrübədir”, - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, Elgiz Kərəmlinin baş məşqçilik etdiyi U-19 millisi Avropa çempionatının 1-ci raundunda Monteneqroya 2:7, Serbiyaya 0:4 hesabı ilə uduzub, Farer adalarını isə 2:0 hesabı ilə məğlub edib. U-17 yığmamız isə Almaniyaya 0:7, Şimali İrlandiyaya 0:4 hesabı ilə məğlub olub, Litva ilə 1:1 hesablı heç-heçə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 20 Noyabr 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















