“ABŞ İran qarşı İraq ssenarisini işə salmağa çalışır” Bəqai
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“ABŞ 2003-cü ildə İraqa qarşı tətbiq etdiyi ssenari üzrə İranı kimyəvi və bioloji silah hazırlamaqda ittiham etməyə çalışır. Bununla da İrana mümkün quru müdaxiləsi üçün daxildə ictimai rəyi hazırlayır”.
525.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, ABŞ rəsmiləri dünya ictimaiyyətinin 2003-cü ildə BMT Təhlükəsizlik Şurasında ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauellin nümayiş etdirdiyi “sınaq şüşəsi” ilə bağlı məşhur çıxışını unutduğunu düşünürlər:
“Həmin vaxt Pauell bu sınaq şüşəsini İraqda Səddam Hüseyn rejiminin guya kütləvi qırğın silahlarına malik olmasının əyani sübutu kimi təqdim etmişdi. İraqda kütləvi qırğın silahlarının mövcudluğu ilə bağlı yalan bəyanatlar ictimai rəyi manipulyasiya etmək, qorxu yaratmaq və bu ölkəyə hərbi müdaxilə üçün zəmin hazırlamaq vasitəsinə çevrildi. Bu müdaxilənin nəticələri təkcə İraq xalqı üçün deyil, bütün region, hətta ABŞ-ın özü üçün də fəlakətli oldu”.
Bundan əvvəl CNN telekanalı kəşfiyyat məlumatlarına istinadən İranın ABŞ administrasiyasının yüksək vəzifəli rəsmilərinə qarşı sui-qəsd planı üzərində işlədiyini və bunun üçün “çirkli bomba”dan və ya kimyəvi silahdan istifadə etməyi planlaşdırdığını iddia edib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 20 Noyabr 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















