Icma.az
close
up
RU
AFFA rəsmisi: “Qarabağ”la rəqabət aparan komandaların sayının artması Misli Premyer Liqaya rəng qatır”

AFFA rəsmisi: “Qarabağ”la rəqabət aparan komandaların sayının artması Misli Premyer Liqaya rəng qatır”

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının 2025/2026 mövsümündə “Qarabağ”la rəqabət aparan komandaların sayının artması çempionata rəng qatır.

Bunu AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Qurum rəsmisi çempionatın gərgin keçdiyini vurğulayıb.

“Çox maraqlı, gərgin çempionatdır. Bu gün “qış çempionu”nun dəyişməsi də elə-belə deyil. “Sabah” ili birinci yerdə bitirdi. Çempionatın belə gedişatını əvvəlcədən proqnozlaşdırırdıq və gözləntilərimiz də özünü doğruldur. Avrokuboklara iddialı olan komandaların sayı getdikcə artır. Bu da istər-istəməz Misli Premyer Liqanın səviyyəsinə yaxşı mənada təsir edir. “Qarabağ” iki “cəbhə”də mübarizə aparır. Bu səbəbdən istər-istəməz heyətdə rotasiyalar həyata keçirilir. “Sabah”ın uğurlu çıxışına ləkə salmaq fikrində deyiləm. Komanda oyundan-oyuna artırır. Deyərdim ki, “Qarabağ”a qarşı matçda ən yaxşı performanslarını göstərdilər. İstəklərinə nail oldular və ili “qış çempionu” kimi bitirdilər”, - deyə o, “Report”a açıqlamasında deyib.

Mütəxəssis fasiləyə turnir cədvəlinin ikinci pilləsində yollanan “Qarabağ”da yorğunluq hiss olduğunu söyləyib:

“Hər komandada yüksəliş və eniş olur. Yüksəlişi qoruyub saxlamaq, enişi isə keçib yola davam etmək vacibdir. “Qarabağ”da son oyunlarda yorğunluq hiss olunurdu. Bir neçə “cəbhə”də mübarizə aparmaq asan deyil. Nəzərə alaq ki, UEFA Çempionlar Liqasında da oyunların sayı artıb. İstər-istəməz köklənmək çətin olur. Baş məşqçi Qurban Qurbanov da açıqlamalarında məhz yorğunluq olduğunu deyirdi. Buna baxmayaraq, həmişə “Qarabağ”ı dominant futbol oynayan komanda kimi görürük. “Qarabağ”la mübarizə aparan komandaların sayı artır, bu isə ancaq çempionata rəng qatacaq”.

O, “Turan Tovuz”un hədəflərinə çatmaq potensialının çox olduğunu düşünür:

“Turan Tovuz”un xal ehtiyatına baxanda hədəfindən geri qalmadığı görünür. İddialı olduğunu sübut edir. Hədəflər də ilən-ilə böyüyür. Hər birimiz komandanın bu il ən azı avrokuboklara vəsiqə qazanacağını, tovuzlu azarkeşləri sevindirəcəyini və ölkəmizi layiqli şəkildə təmsil edəcəyini gözləyirik. Bu gün “Turan Tovuz”la yanaşı, “Zirə”nin, “Sumqayıt”ın, “Araz-Naxçıvan”ın da şansları var. Avrokuboklara düşmək üçün sona qədər mübarizə aparacaqlar. Qış fasiləsindən, “transfer pəncərəsi”ndən istifadə edənlər güclərinə güc qatacaqlar. Bu sözləri təkcə üst pillələrdə qərarlaşan komandalara deyil, həm də Misli Premyer Liqada qalmaq uğrunda mübarizə aparanlara şamil etmək lazımdır. Səmərəli və faydalı transferlər həyata keçirilsə, daha rəqabətli çempionata şahid olarıq. Hər komandaya uğurlar arzulayıram”.

V.Sadıqov vaxtilə həm futbolçu, həm də baş məşqçi kimi çıxış etdiyi “Neftçi”nin avokuboklara düşmək uğrunda mübarizə aparacağını vurğulayıb:

“Yuri Vernidubun gəlişindən sonra “Neftçi”nin hədəfləri də açıqlanıb. Ən azı avrokuboklara düşmək uğrunda mübarizə aparacaqlar. Hədəfə çatmaq üçün böyük potensialları olduğunu vurğulamalıyam. Klub rəhbərliyi tərəfindən atılan addımlar da məhz buna hesablanıb. Düşünürəm ki, bir neçə oyunda yeni baş məşqçiyə lazımi məlumatları toplamaq üçün şərait yaradılıb. Böyük ehtimalla qarşıya “Neftçi”nin əvvəlki əzəmətini qaytarmaq hədəfi qoyulacaq. Düşünürəm ki, “Neftçi” sona qədər mübarizə aparacaq. “Flaqman” olduqlarını hər oyunda sübut etməlidirlər. Bu hədəfə çatmaq üçün bacardıqlarından artıq güc qoymalıdırlar. “Neftçi” ən yüksək yerlər uğrunda mübarizə aparan komanda olmalıdır. Təəssüf ki, son vaxtlar bunun şahidi olmuruq. İnanıram ki, atılacaq addımlar gələcəkdə istədiyimiz “Neftçi”ni görməyə imkan verəcək”.

AFFA rəsmisi aşağı pillələrdə yer alan komandaların çıxışına da toxunub:

“Aşağı pillələrdə yer alan komandalar arasında da sona qədər mübarizə gedəcək. İstərdim ki, güclü olanlar elitada yerlərini qoruyub saxlasınlar. “Kəpəz”in ənənəsi var, ancaq özlərinə uyğun yerdə deyillər. “Qəbələ” bizi həmişə Avropada sevindirən, Azərbaycan çempionatında yuxarı pillələrdə yer alan komanda idi. “Karvan-Yevlax” uzun müddətdən sonra Misli Premyer Liqaya vəsiqə qazanıb, bu gün özünü yaxşı tərəfdən göstərməyə çalışır. Bu komandalarda problemlər bəllidir. Fikrimcə, həll edib, yola davam edəcəklər. Mövsümün qalan hissəsində gərgin, amansız mübarizənin şahidi olacağıq”.

Qeyd edək ki, Misli Premyer Liqasında 16 turdan sonra “Sabah” 37 xalla turnir cədvəlinə başçılıq edir. “Qarabağ” (36 xal) ikinci, “Zirə” (28 xal) üçüncü pillədə yer alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Dekabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri