AFFA rəsmisi UEFAdan təyinat alıb
Sia Az saytına istinadən Icma.az xəbər verir.
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb. SİA-nın məlumatına görə, o, UEFA Gənclər Liqasının V turunda keçiriləcək “Mançester Siti” (İngiltərə) – “Feyenoord” (Niderland) oyununun UEFA nümayəndəsi olacaq.
Noyabrın 26-da İngiltərədə “Mançester Siti” akademiyasının stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

AFFA rəsmisi UEFAdan təyinat alıb
23 Noyabr 2024 11:52

