AFFA UEFA ilə razılaşmadı
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) FIFA prezidenti Canni İnfantinonun əvəzinə quruma rəhbərlik edə biləcək yeni namizədin kriteriyalarını açıqlayıb.
Futbolpress.az xəbər verir ki, Berlində keçirilən və 55 üzv federasiyanın iştirak etdiyi iclasdan sonra UEFA, “futbola dərindən bağlı, hörmətli və birləşdirici” bir lider axtarışında olduğunu bəyan edib. Noyabrın 18-dək davam edəcək namizədlik prosesində irəli sürüləcək şəxsin icraçı idarəetmə yox, qlobal təmsilçilik və liderlik funksiyasını yerinə yetirməsi istənilir.
UEFA prezidenti Aleksandar Çeferin FIFA rəhbərliyinə namizədliyini verməyəcəyini, lakin gələn ilin aprelində Astanada keçiriləcək seçkilərdə UEFA rəhbərliyinə dördüncü və sonuncu dəfə namizəd olacağını təsdiqləyib.
UEFA-nın hazırladığı geniş islahat paketi və FIFA-nın maliyyə ehtiyatlarından üzv ölkələrə 10 milyon dollar birdəfəlik dividend verilməsi təklifi 54 federasiya tərəfindən dəstəklənib. Bu təşəbbüsə qoşulmayan tək qurum isə AFFA olub.
Baxış sayı:59
Bu xəbər 08 Oktyabr 2026 21:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















