50 minlik şəhərə 70 min çinli gətirilir Nə baş verir?
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın Leninqrad vilayətində yerləşən Kinqisepp rayonuna on minlərlə çinli işçinin gətirilməsi planlaşdırılır.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, “Rosbalt” nəşrinin məlumatına görə, Çinin “Seven” (CC7) tikinti korporasiyası bölgədə nəhəng qaz-kimya kompleksinin inşası üçün 70 min xarici işçiyə icazə verilməsini istəyib. Bu rəqəm Kinqisepp şəhərinin təxminən 50 708 nəfərlik əhalisindən 19 mindən çoxdur.
Leninqrad vilayətinin müvafiq komissiyası 2027-ci il üçün 18 620 çinli mütəxəssisin işə cəlb edilməsinə kvota ayırıb. Bu, regionda viza əsasında işləyəcək əcnəbilər üçün təsdiqlənmiş bütün kvotaların 82 faizini təşkil edir. Şirkətin ümumi işçi qüvvəsi tələbi isə 70 min nəfərə çatır.
Çinli fəhlələr və mühəndislər Ust-Luqa limanı yaxınlığında tikilən qaz emalı və qaz-kimya kompleksində çalışacaqlar.
Layihənin ümumi dəyəri 5,35 trilyon rubl qiymətləndirilir. Müəssisənin ildə 45 milyard kubmetr təbii qaz emal etməsi, 13,1 milyon ton mayeləşdirilmiş qaz və 2,8 milyon ton polietilen istehsal etməsi nəzərdə tutulur.
Tikinti işləri Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən çətinliklərlə üzləşib. Almaniyanın “Linde” konserni 2022-ci ildə layihədə iştirakını dayandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 24 Noyabr 2026 00:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















