Icma.az
close
up
RU
AFFA ya “Azərlotoreya”dan daha bir kadr gəlir Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

AFFA ya “Azərlotoreya”dan daha bir kadr gəlir Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AFFA-nın mətbuat xidmətində naməlum küləklər əsir. Zatən orası çox havasız gəlirdi mənə. Hərdən az qalırdım ki, gedib o otağın qapı-pəncərəsini açım, havası dəyişsin, nəfəs alaq. 

Mia.az-a daxil olan məlumata görə, yaxın vaxtlarda məlum qurumun mətbuat xidmətinin rəhbərini dəyişəcəklər. Hazırda bu vəzifədə 2023-cü ildən bəri Elnur Məmmədli oturub. 

E.Məmmədli jurnalistdi, həmkarımızdı. Düzdü, arada cığallıq edir, həmkarlarına ayrı-seçkilik qoyur.

Məsələn, millinin Qəbələdəki oyununa keçən il məni buraxmadı. Halbuki, getmək üçün yazmışdım ona. Millinin oyunlarından sonra baş məşqçiyə sual verməyə imkan vermir mənə, əlimi qaldırıram sual üçün, özünü görməməzliyə vurur, ya da sözümü kəsir. AFFA-nın hesabat yığıncağında əlim göydə qaldı, mənə icazə vermədi ki, sual verim. Axırda Rövşən Nəcəfə özüm yaxınlaşdım. 

Xırdaçılıq eləyib hər hərəkətini üzünə vurmaq istəmirəm, həmkarımdı, çünki. İndi də şikayətlənmirəm. Deyəcəksiniz ki, vəzifədən gedir deyə, dalıyca danışırsan. Əsla. Allah elə eləsin, xəbər doğru çıxmasın. Sadəcə, söz sözü gətirdi, deyə yazıram bunları. Həm də Elnur Məmmədli kimi adamlar bir az boz rənğdə görünür gözümə adətən. Vaxt sərf eləmək istəmirəm.

Bəs onun yerinə kimi qoyacaqlar? Bax, burada daha rənğli bir adamın adı var. 

Deyilənə görə, AFFA-nın mətbuat xidməti postuna Seymur Teymurovu təyin edəcəklər. O da jurnalistdimi? Yox. Tarixçidi, amma illərdi intellektual oyunların içindədi, idarəçiliyi sınaqdan keçirib və AFFA-ya təzəlikcə baş katib təyin olunan Cahangir Fərəcullayevlə eyni mətbəxin adamıdı. Jurnalist olmasa da, medianın yanında davamlı yeri olub.

S.Teymurov “Xəzər” İntellektual Gənclər Klubu” İctimai Birliyinin sədridi. Ölkəmizdə ilk dəfə ana dilində intellektual yarışları təşkil edib. GameTV.az prodüser mərkəzinin çəkdiyi "Что? Где? Когда?" verilişinin azərbaycandilli versiyasında ilk komandanın kapitanı olub. 2012-ci ilədək "Что? Где? Когда?" Elitar Klubunda çıxış edib. Yeri gəlmişkən, Cahangir Fərəcullayevlə yolları da bu illərdə kəsişib. 

Bəs media, jurnalistika ilə nə əlaqə? 

S.Teymurov 2017-ci ildən Media Çalışmaları MMC-nin baş direktorudu. Bu MMC-yə “Bax.tv” video portalı, “News.az” xəbər saytı, “Offsideplus.az” idman saytı daxildi. 

2016–2017-ci illərdə həm “Qarant” Media Holdinqin İdarə Heyətinin sədri olub, həm də “Oxu.az” xəbər saytına baş redaktorluq edib. 2016-da isə radioda özünü sınaqdan keçirib: 107.7 dalğasında “AvtoFM” radiostansiyasının direktoru olub. Yolu “Biznesinfo.az” saytından, “ANS TV”-dən keçib. Hələ bir ara müəllimlik edib. 

Siyahı gördüyünüz kimi, uzundu. Bu siyahıda ən vacib məlumat isə hazırda S.Teymurovun "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri olmasıdı ki, bu da onun C.Fərəcullayevin işlədiyi binaya köçəcəyi xəbərinin səbəbini bizə aydın edir. 

Media adamı olmayan C.Fərəcullayevin bu sahədə peşəkara ehtiyacı olduğunu anlayırsan. AFFA-nın mətbuat xidmətində də yaxını yoxdu. Media kimi qalmaqallı sahədən bəs necə baş çıxarsın? S.Teymurovun təyinatı məhz bu səbəbdən çox faydalı olacaq Fərəcullayevə. Onsuz da axır vaxtlarda tədbirlərdə də bir yerdəydilər.
Nə deyim? 

Zülfiyyə Mustafayeva

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://mia.az
archiveBu xəbər 14 İyul 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see209

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see191

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see152

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see139

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see133

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see132

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see131

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see131

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see130

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see127

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see125

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see124

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see122

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see118

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri