AFFAnın dəstəyi ilə UEFAnın “HatTrick” proqramı çərçivəsində keçirilən “Zəfər” liqasına yekun vurulub
Icma.az bildirir, Report.az portalına istinadən.
AFFA-nın dəstəyi ilə UEFA-nın “HatTrick” proqramı çərçivəsində keçirilən Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə könüllü təşkilatlar arasında minifutbol üzrə “Zəfər” liqasına yekun vurulub.
"Report" xəbər verir ki, 16 könüllü təşkilatın komandasının qatıldığı turnirin finalında “Turizm Könüllüləri” ilə “BDU Könüllüləri” qarşılaşıb.
Rəqibini 3:2 hesabı ilə üstələyən “BDU Könüllüləri” liqanın qalibi olub. Qalib komanda AFFA tərəfindən kubok və medallar, II və III yerlərin sahibləri isə medallarla təltif olunub.
Həmçinin liqanın final matçının ən yaxşı oyunçusu və ən yaxşı qapıçısı nominasiyası üzrə mükafatlar təqdim olunub. Mükafatları komanda üzvlərinə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, “Neftçi”nin və milli komandanın futbolçusu Emin Mahmudov təqdim ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 18 Dekabr 2024 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















