Icma.az
close
up
RU
Afina məktəbi Bir rəsmin dedikləri

Afina məktəbi Bir rəsmin dedikləri

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas, Türkiyənin Ondokuz Mayıs Universitetindən Qərbi Avropa İncəsənəti və Memarlığı üzrə uzman Bəhmən Səlimovdur. Onunla məşhur renessans rəssamı Rafael Santinin "Afina məktəbi" əsərindən danışmışıq.

XV əsrin sonu-XVI əsrin əvvəllərində digər Qərbi Avropa ölkələrində olduğu kimi, İtaliyada da incəsənət Renessans dönəminin pik həddini yaşamaqda idi. İntibah və eyni zamanda çiçəklənmə dövrü adlanan Renessansın ana vətəni elə İtaliyadır. Məlum olduğu kimi, dünya tarixinin ən önəmli mədəniyyətləri hələ antik zamanlardan etibarən Yunan-Roma məktəbinin üzərində şəkillənib.

Çiçəklənmə və ya Renessans adlanan bu dönəm dini fiqurların təbiətlə harmoniyası, insanlar və ya digər sadə canlılarla təsviri, insanabənzər təsvir və ən sonda zirvədə tamamən dini fiqurluqdan başqa sözlə qanundan- kanondan kənar təsvirlərini görürük. Artıq ustanın kimliyi var. O kilsələrin isimsiz memarı, rəssamı və ya yaradıcısı yox, məşhur sənətkardır. Bu zamana qədər sənətçi yaradıcı deyil, kopyaçı idi.

1483-1520-ci illər aralığında Renessans yaradıcılarından biri olan məşhur sənətçi və memar olan Raffaello Sanzio da Urbino yaşayıb-yaradıb. Onun yaradıcılığı formanın aydınlığı, kompozisiyanın zənginliyi və insan əzəmətinin neoplatonik ideyalarını ifadə etməkdə vizual nailiyyətə malikdir. Sənət tarixçilərinin fikrincə, o, Mikelancelo və Leonardo da Vinçi ilə birlikdə bu dövrün böyük ustadlarının ənənəvi üçlüyünü təşkil edir.

- "Afina məktəbi" rəssamın yaradıcılığının hansı dövrünə təsadüf edir?

- Əsər 1509-1511-ci illər aralığında ərsəyə gətirilib. Ancaq tarixçəsi yalnızca dahi bir insana aid ola biləcəyinin göstəricisidir. Çünki bu əsərdə antik dövrün filosofları öz xüsusiyyətləri ilə təsvir edilib. Renessans antik dönəm fəlsəfəsinə marağı artırmışdı. Lakin Rafael hələ bu dönəmin başlanğıcında idi. O tablonu yaratmaq üçün 26 yaşına qədər bütün antik dünya fəlsəfəsini, astronomiyanı, tarixi, qrek və latın dillərini öyrənməli, eləcə də onları dərk etməli idi. Əsəri diqqətlə incələdiyimiz zaman söylədiyimiz teoremin sübutunu görürük.

Renessans rəssamlığında hər şeyin planı və nizamı var; təsadüfilik yoxdur. Afina Məktəbinin freskasında görünən insan qrupları təsadüfi deyil. Rəsmdəki bütün fiqurlar xüsusiyyətlərinə görə qruplaşdırılıb. Sağda həndəsə və astronomiyada görkəmli olanlar, ortada filosoflar solda isə musiqi və hesabda görkəmli olanlar yerləşdirilib. Əsərdə üç ardıcıl tağ, pilləkən və ön planda yerdəki həndəsi naxış fokus effekti yaradır, tamaşaçının diqqətini iki mərkəzi fiqura - Platon və Aristotelə cəlb edir. Rəsmin mərkəz nöqtəsindəki ən mühüm fiqurlar Platon və Aristoteldir. Hər iki fiqur böyük inam və əzəmətlə təsvir edilib. Platonun əlində dialoqlar kitabı olan "Timeo", Aristoteldə isə məşhur "Etika"nı görürük. Rafael bu iki mərkəzi fiqur vasitəsilə Platon fəlsəfəsinin və Aristotelin realist düşüncəsinin əsasını təşkil edən metafizik yanaşmanı simvolizə etməyə çalışıb. Platonun tələbəsi olan Aristotel müəyyən məqamlarda öz müəllimindən fərqli düşünür. Aristotel indiki dünyada yaxşı yaşamaq üçün zəruri olan fəzilətləri vurğulamağa çalışırdı. İki əks ideoloji qütbü təmsil edən bu iki fiqur bütün mənzərənin fonunu təşkil edir.

- Rafael Platonun əlini səmanı göstərərkən təsvir edib. Çox güman, bunun xüsusi mənası var.

- Bu təsvir Platonun idealist fəlsəfi baxışlarını simvolizə edir. Gözəgörünməz, nəzəri olandan narahat olan Platon əli ilə yuxarıya işarə edərək, bütün biliklərin mənbəyi kimi göyləri - ideyalar aləmini göstərir. Platon yaşlı, ayaqyalın bir müdrik kimi, Aristotel isə Platondan bir addım öndə olan yaxşı geyinmiş, yetkin bir insan kimi görürük. Ancaq, o, realist fəlsəfənin öncüsü olan Aristoteli əli aşağıya doğru göstərərək təsvir edir. Fiziki dünya və reallıqdan narahat olan Aristotel əlini aşağıya doğru tutmaqla yer üzünün bütün biliklərin mənbəyi olmasına işarə edir. Eyni zamanda Platon hava və od, Aristotel isə torpaq və su rənglərini simvolizə edən paletlə işlənib. Həmçinin Platonu Leonardo Da Vinçinin canlandırdığı düşünülür. Yəni Aristotel göylə deyil, məhz fəlsəfənin təməli olan insanla maraqlanırdı. Bu da elmi dildə İdealizim və Materializim fəlsəfəsi adlanır.

Rəsmin sol ortasında zeytun yaşılı geyinmiş Sokratın ətrafındakılarla dialoqa girdiyi görünür. Sokratın bədən dilindən də anladığımız kimi, onun dərin fəlsəfi düşüncəyə təşviq etdiyini təxmin etmək çətin deyil. Onun bir qədər yan pozası xüsusilə yunan büstlərini xatırladır. Sokrat fəlsəfənin danışıq yolu ilə formalaşdığını müdafiə edirdi. Həmçinin, o, Platonun müəllimi idi.

Digər tərəfdə - bir az sola doğru dayanmış, bir əli üzündə, bir az ağlayan və fikirli vəziyyətdə dayanmış Heraklitdir. Bütün fiqurlar bir növ məşğul və əlaqəli olsa da, o, tək fikirdədir. Onun ümidsiz vəziyyəti özünü axtarmasının bariz göstəricisidir. Bu münasibəti ilə Heraklit Afina rəssamlıq məktəbinin ən diqqət çəkən simalarından biridir. Sənət tarixi araşdırmaları və aparılan tədqiqat analizlərinə görə Rafael onu sonradan çəkib.

Ptolemey və Evklidlə isə bir qrup tələbənin yerləşdiyi ərazidə, rəsmin ən sağında arxası tamaşaçıya tərəf dayanıb. Ptolemey antik dövrün məşhur astronomu və riyaziyyatçısı idi. Zərif sarı xalat geyinmiş, bir əlində qlobus tutur. Onun qarşısında göy kürəsini tutan yaşlı bir kişi dayanır. Yer kürəsi tərəfdən bizə baxan rəssamın özüdür. Rafael yalnızca özünü fərqli tərzdə - tamaşaçıya baxan anda təsvir edib. Bununla da əsəri haqqında düşüncəsini və ya öz xəyal dünyasını bizə çatdırmaq istəyib. Artıq o da dahilərdən biri idi. Bəli, fərqinə varmışdı. Bununla bizə fikrini çatdırırdı. Evklid isə əlində kompasla əyilib ətrafdakı insanlara nəyisə izah edir. Ətrafındakı insanlar onun riyaziyyat dərslərini alan tələbələrini təmsil edirlər. Onun düşüncəsi və riyaziyyatda təqdim etdiyi konkret sübutlar Aristotelin tərəfində idi. Rafael bu detalı nəzərdən qaçırmamışdı.

- Dahi Pifaqor isə rəsmin sol küncündə, Evklidlə birbaşa üzbəüz təsvir edilib. Rəssam bununla nəyə işarə edir?

- Pifaqor antik dövrdə riyaziyyat, metafizika, musiqi və əxlaq kimi anlayışlara mühüm töhfələr vermişdi. Pifaqor nəzəriyyəsini inkişaf etdirdiyi və riyaziyyat və həndəsə ilə maraqlandığı bilinsə də, o, ruhların köçməsinə inanırdı. Buna görə də Rafael onu qəsdən Platonun yanında yerləşdirmişdi. Diogenə gəldiyimiz zaman isə o, açıq-aydın izdihamdan və xalq kütlələrindən fərqli olaraq təsvir edilib. Onun pilləkənlərdə təsadüfən oturduğu, bir əlində məşhur mis su qabı, digər əlində oxuduğu kağızları tutduğu görünür. Kinik fəlsəfəsinin banisi Diogen öz dövründə sadə və təvazökar həyat tərzi sürən, mədəni ənənələri tənqid edən mübahisəli şəxsiyyət idi. Freskada Zərdüşt də daxil olmaqla 21 dahini bir məqalədə tədqiq etmək çox çətindir.

- Əsərin rəng həlli və kompozisiyası haqqında nə deyə bilərsiniz?

- Burada rənglər canlı və aydın təsvir edilib. Kontrast əsas məqamlardan biridir. Xüsusi harmoniya nəzərə çarpmaqdadır. İsti və soyuq rənglər gözü qətiyyən yormur. Əsl Renessans havası hiss olunmaqdadır. 500 sm ? 770 sm həcmindədir ki, freskanın perspektivliyi Qotik dönəmlə artıq tamamən əlaqəsizdir. Tək kəlmə ilə əsl İntibah əsəridir.

- "Afina məktəbi" Rafaelin digər işləri ilə hansı ortaq və fərqli xüsusiyyətlərə malikdir?

- Rəssamın "İsanın Dirilişi" "Məryəm Anaya Tacqoyma" "Çarmıxagərmə" və s. kimi bir çox işləri var. Ancaq bu əsərlər İntibah tərzinə malik olsa da, dini mövzu ilə diqqəti çəkir. Perspektiv və rəng harmoniyası, işıq-kölgə bizə "Renessansdır bu əsər" deyir. Amma kilsə kanonu az da olsa qalır. "Afina Məktəbi" ilə Rafael sərhədləri aşır. Ölməz sənət yaradır. Artıq cəsarəti qanından çıxıb, birbaşa divarlara həkk olunur. Vatikanda belə dahilik, onların dili ilə desək, kafirlik baş tutur. Avropa artıq ayılır.

- Sizcə, bu əsər bizə nə deyir?

- Rafael kanonları yıxdı. O fəlsəfəni, elmi birbaşa Avropaya həkk elədi. Düzdür, bu işin qədri zamanında bilinmədi. Çünki Rafael Leonardo Da Vinçi və Mikelancelonun kölgəsində qalmışdı. Və insanlar əsərlərdə gözəlliyə baxırdı. "Afina Məktəbini" anlamaq üçün isə çılpaq göz kifayət deyildi. Elmi biliklər, fəlsəfi düşüncə, qısaca intellekt lazım idi. Antik və İntibah sənətkar və dahilərinin bir arada toplanması günümüzdə bir çox intellektual şəxsin xəyalıdır. Əslində, Rafael bütün dahilərlə bir arada idi. Onları anlamışdı və bəlkə də onları bir pillə qabaqlamışdı. Əsərdə paltarın rəngindən, fiqurların duruşuna, sağ-sol tərəflərdəki zidd perspektivdə olmaqlarına rəğmən, bir-birini ideologiya ilə tamamlamaqlarına və ya rədd etməklərinə, kitablarında yazılan xüsusi fikirlərinə, sənətçilərin peşələrinə qədər bütün xırda nüansları əks etdirməyi bacarıb. 37 yaş bir insan üçün çox az zamandır. Amma o, yaşadığı bu qısa ömürdə çox böyük işlər görüb. Rafael əvəzsiz bir dəyər, dahi şəxsiyyətdir.

Aytac SAHƏD

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see2253

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see265

Anormal istilər Fransada kənd təsərrüfatına ciddi ziyan vurub

29 İyun 2026 00:57see260

Şəhid atasının xatirələri: Emin uşaqlıqdan fərqli xarakterə malik idi

28 İyun 2026 17:41see259

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

28 İyun 2026 23:48see258

Bağ evində əyləncələr qonşuların əsəblərini KONKRET

28 İyun 2026 22:45see257

Duş kabin şüşələrini güzgü kimi parladan və ərpdən təmizləyən təbii üsul

28 İyun 2026 23:01see240

“Əl Əhli” erməni futbolçunu 25 milyona aldı

29 İyun 2026 05:32see216

Vətən müharibəsi iştirakçısı Misir Qasımlıya Ukraynada HÖKM OXUNDU VİDEO

29 İyun 2026 02:29see206

Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub FOTOLENT

28 İyun 2026 19:20see201

Marşrut avtobusu ilə piyadanı öldürən sürücüyə cəza verildi

29 İyun 2026 14:49see196

Boçorişvili: Orta Dəhliz yeni bir geoiqtisadi məkandır

28 İyun 2026 22:43see196

İsraildən erməniləri sevindirən qərar Azərbaycan nə edəcək?

28 İyun 2026 22:16see174

KİV: Starmer NATO rəhbərliyinə namizəd olmağa hazırlaşır

28 İyun 2026 20:25see170

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: Rossiya 1 rəhbərliyi hara baxır? VİDEO

28 İyun 2026 23:10see168

Yüzlərlə insan ölüb ÜST rəhbərindən HƏYƏCAN TƏBİLİ

28 İyun 2026 23:21see165

ABŞ BMT nizamnaməsini və müharibənin dayandırılması memorandumunu pozub İran XİN

28 İyun 2026 10:04see161

Dmitri Medvedev Vahid Rusiya nın seçki siyahısına salınmadı

28 İyun 2026 23:21see158

Ankoricdə heç bir sənəd imzalanmayıb Putin

29 İyun 2026 01:44see158

DÇ 2026: Kanada millisi 1/8 finalda

29 İyun 2026 01:21see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri