Icma.az
close
up
RU
İlandağ Bir rəsmin dedikləri

İlandağ Bir rəsmin dedikləri

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Qərbi Kaspi Universitetinin dizayn ixtisası müəllimi Əsli Abbasovadır. Onunla Xalq rəssamı Arif Əzizin "İlandağ" əsərindən danışmışıq.

Arif Möhübəli oğlu Əzizov - Arif Əziz 3 yanvar 1943-cü ildə Bakı şəhərində dünyaya gəlib. Hələ uşaq yaşlarından rəssamlığa və dolayısı yolla incəsənətə olan marağı onu Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə gətirir. Burada 1960-1965-ci illərdə oxuyur və bitirdikdən sonra o, təhsilini artırmaq üçün Moskva Ali Bədii-Sənaye Məktəbinin "Qrafik dizayn" fakültəsinə daxil olur. Bu məktəbin rəssamın bədii üslubunun formalaşmasında çox ciddi təsiri olur. Moskvada sözügedən ali təhsil müəssisəsində 1966-1971-ci illərdə təhsil alan Arif Əziz yenidən Bakıya gəlir və 1971-ci ildən bu günə kimi bir zamanlar M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstituti kimi tanınan, hazırda isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitet olan ali təhsil müəssisəsində rəssamlıq üzrə pedaqoji fəaliyyətə başlayır. Bir müddət, yəni 2004-2008-ci illərdə Türkiyədə - İstanbuldakı Beykent Universitetində də pedaqoji fəaliyyət göstərən rəssam hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti "Rəssamlıq" fakültəsi "Dekorativ-tətbiqi sənət" kafedrasının müdiridir.

Arif Əziz bədii fəaliyyəti müddətində bir sıra rəsmi adlar və titullar alıb. Onlar arasında "Şərəf Nişanı" ordeni, Əməkdar incəsənət xadimi, professor və 2018-ci ildə Azərbaycan Respublikasının Xalq rəssamı adını qeyd edə bilərik. O, eyni zamanda Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəridir.

- Rəsm Arif Əziz yaradıcılığının hansı dövrünə aiddir?

- "İlandağ" tablosu 1992-ci ilə aiddir. Qarışıq texnikada işlənmiş əsər 60x45 sm ölçülərinə malikdir. Rəssam özü tez-tez doğma Azərbaycanımızın müxtəlif guşələrində olur və olduğu yerlərin əsrarəngiz mənzərələrini özünəməxsus bədii üslubi formada ərsəyə gətirir. İlandağ da məhz bu nüanslardan təzahür edən bir nümunədir. Arif Əziz Naxçıvana gedərkən dağın mənzərəsi ona təsir edir və bu təsvir nümunəsini ağ kağıza köçürür.

- Əsərin rəng həlli necədir?

- Adətən dağ təsvirlərini ya daha çox tünd çalarlı qəhvəyi rəngdə, ya da üzərini yaşıllıq örtmüş formada görürük. Ancaq Arif Əziz bu təsvirdə də özünəməxsusluğunu nümayiş etdirir. O, qəhvəyi ilə yanaşı, yaşıl, sarı və digər rəng tonlarından istifadə edərək dağın formasını təzahür etdirib. Nəticədə olduqca rəngarəng bir təsvir ortaya çıxıb. Mərkəzi hissədə dağ olduğuna görə, dağın daha çox diqqət mərkəzində qalması üçün rəssam onun kənarlarını açıq rəng tonları ilə tamamlayıb.

Bu nümunədə, eyni zamanda Arif Əzizin rəng dünyasının nə qədər zəngin və rəngarəng olduğu gözə çarpır, çünki o, ilhamını təsvir etdiyi doğma yurdumuzun gözəl guşələrində yer alan çalarlarından alır. Onun bu təsvirinə aid kolorit palitrasında milli ruh duyulmaqla yanaşı parlaq, həyat dolu və inandırıcı görüntülər mövcuddur. Biz burada rəssamın heç də gördüyü mənzərəni, yəni təbiətin rənglərini olduğu kimi kopyalamaqla kifayətləndiyini görmürük. Arif Əziz istifadə etdiyi rəng çalarına sirli bir ahəng, poetik bir cazibə bəxş edir. Elə bu səbəbdəndir ki, onun əsərlərində rənglər sanki sözə çevrilir, içlərində gizlənmiş romantik və fəlsəfi dərinliyi təsvir etməyə müvəffəq olur.

- Kompoziya haqqında nə deyə bilərsiniz?

- Göründüyü kimi, kompozisiya İlandağ üzərində qurulub. Əsərin kompozisiyasının tam ətraflı şərhi üçün dağ haqqında kiçik bir məlumat verim. Azərbaycan Respublikasının Culfa rayonu ərazisində yerləşən İlandağ vulkan mənşəli olub 2415 metr hündürlüyə malikdir. Bu dağın adı türk dillərində "məskən", "xalq" və "el" anlamına gələn il/el sözü ilə qədim türk inancında səcdəgah kimi tanınan Annu adının birləşməsindən yaranıb və bütövlükdə "tanrının yaşadığı yer" mənasını verir. Zirvənin başqa iki tanınmış adı da var: biri İnandağ - yəni "İnam dağı", digəri isə Haçadağ - bu ad zirvənin dar bir keçidlə birləşən iki hissədən ibarət olduğunu, yəni "ikiyə bölünmüş dağ" mənasını daşıyır.

Əfsanəyə əsasən, Nuh peyğəmbərin gəmisi Gəmiqayadan Ağrı dağına hərəkət edərkən İlandağın zirvəsinə elə şiddətlə toxunub ki, dağ ortadan ayrılıb. Güman edilir ki, bu əfsanə dağın adının yaranmasında mühüm rol oynayıb. Bu dağın təsviri bir daha onu sübut edir ki, mövzu baxımından Arif Əziz rəngkarlığı geniş və rəngarəngdir. Kompozisiya haqqında onu demək olar ki, burada reallığın içində bir qeyri-reallıq var. İlandağın real fotolarında onun əzəməti və yüksəkliyi bir üçbucaq şəkildə görünür. Lakin rəssam bu əzəmətin bucaqlarını xəyali şəkildə artırır və deyə bilərik ki, əzəmətə yeni bir estetiklik qatır. Səma və torpaqla səsləşən bu dağın təsvirində bir-birinə paralel olan iki ünsürün arasında rabitə xəttini təşkil edən təbii vasitəni görə bilərik. Onun kökləri torpağa sıx bağlıdır, amma bununla yanaşı, səmanın bağrını yaran bir güc də özünü açıq şəkildə göstərir. Rəssam dinamik və xaotik xətlərin ahəngindən istifadə edərək əsərə həzin bir hərəkət bəxş edib.

- Tablo harada saxlanılır?

- Əsər hazırda rəssamın şəxsi emalatxanasındadır.

- "İlandağ"da Arif Əziz yaradıcılığına xas hansı xüsusiyyətləri görürük?

- Rəssamın bədii fəaliyyətə başladığı dövrdən indiyə kimi ərsəyə gətirdiyi bütün nümunələrə nəzər yetirsək, hər birində sirli bir hərəkət görə bilərik. Kompozisiyada yerləşdirilən hər bir detal sanki vizual olaraq hərəkətdədir və tamaşaçının diqqətini öz gedəcəyi yerə yönəldir. Fərqli cəhətlər isə daha çox rəng həllində özünü göstərir. Belə ki, istər sovet dövründə, istərsə də XX əsrin 90-cı illərində rəssamın əsərlərində tünd rəng tonlarının üstünlüyünü müşahidə edirdiksə, indi daha açıq çalarların yekdilliyini görə bilərik. Heç də təsadüfi deyil ki, 2019-cu ilin martında Arif Əzizin Türkiyədə baş tutan "Bəyaz körpü" adlanan fərdi sərgisində istifadə edilən bəyaz sözü onun fərdi üslubunda olan dəyişikliyin və ağ rəngə üstünlük verməsinin göstəricisidir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Burada biz sadəcə adi mənzərə görmürük. Tabloda Azərbaycan təbiətinin şah əsərlərindən biri yer alıb. Rəssam mənzərəsində məhz bu hissəni seçməklə doğma yurdumuzun təbiətinə qarşı diqqəti artırmağa çağırır. Həqiqətən də bir-birindən gözəl təbiət abidələrimizin qorunması olduqca aktualdır və hər bir vətəndaşımız təbiətimizə qarşı xüsusi olaraq həssas yanaşmalıdır.

Aytac SAHƏD

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Aprel 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərt ritorika davam edir, amma dialoq tam bitməyib ŞƏRH

15 May 2026 20:20see342

Bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür

16 May 2026 09:30see201

“Qarabağ” məşhur futbolçuları transfer edir RƏSMİ

16 May 2026 03:33see191

Dünyanın aparıcı şəhərlərinin yer aldığı beynəlxalq reytinqlərdə Bakının da olması müsbət göstəricidir RƏY

15 May 2026 18:16see188

Ronaldonun pəhrizinin effektivliyi...

16 May 2026 02:02see182

Tramp Tayvanın müstəqillik elanına qarşı çıxdı

16 May 2026 04:45see171

Köhnə binalar söküləndən sonra mənzillər BAHALAŞACAQ? AÇIQLAMA

16 May 2026 05:13see167

Bakı Xocalı Xankəndi Şuşa avtobus reysinin ilk sərnişinləri yol salınıb

16 May 2026 02:12see163

“Çinin sərt kredit siyasəti bir sıra ölkələri iqtisadi asılılıq vəziyyətinə salıb” Politoloq

15 May 2026 18:35see160

“Liverpul” yenə uduzdu

16 May 2026 01:42see160

Nə xəstəlikdirsə, müalicə effekt vermir

15 May 2026 20:39see157

İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb

16 May 2026 04:58see157

Bu əsasda daha çox gəminin keçidinə icazə veririk SEPAH

16 May 2026 01:50see154

Rusiya Çin tərəfindən iqtisadi cəhətdən mənimsənilməkdən qaça bilməz...

15 May 2026 19:23see154

Kral III Msvati Bakıya gəldi

17 May 2026 01:55see154

İran səfirliyindən “Avroviziya“ diplomatiyası“: Ermənistan sevgisini yenə gizlədə bilmədilər FOTO

16 May 2026 17:32see154

Fransanın təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatıb

15 May 2026 19:21see153

Yaxınlarınıza nəsə olsa, bilin ki, bizim bəddualarımızın nəticəsidir

16 May 2026 18:48see151

BMT dən İsrailə sərt ittiham: Sülhməramlılara maneələr törədir

15 May 2026 23:38see150

Ağcaqanadlar niyə məhz sizi dişləyir? Səbəbi maqnit təsiri ola bilər

16 May 2026 07:08see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri