Icma.az
close
up
RU
Həsrətindən Bir rəsmin dedikləri

Həsrətindən Bir rəsmin dedikləri

Icma.az bildirir, 525.az portalına istinadən.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Xədicə Həmidovadır. Onunla tanınmış rəssam Elçin İskəndərovun "Həsrətindən" tablosu haqqında danışmışıq.

Elçin İskəndərov 10 avqust 1980-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Memarlıq fəaliyyəti ilə yanaşı, rəssam kimi də yaradıcılıqla məşğuldur. Elçin İskəndərovu rəssamlığa həvəsləndirən rəssam-karikaturçu Bayram Qasımxanlı olub. Həmçinin rəssamın yaradıcılığına Rembrandt, Karavacco, Repin, Semiramidski, Kramskoy, Qustav Moro Qustav Klimt və Sakit Məmmədov da təsir göstərib. Azərbaycanda, Türkiyədə və Cənubi Koreyada təşkil olunan sənət sərgilərində iştirak edib. Əsərləri bir çox şəxsi kolleksiyalarda yer alır.

Rəssamın yaradıcılığında portret janrı üstünlük təşkil edir. O, daha çox igid türk qadın və kişi obrazlarına müraciət edir. Rəssamın yaradıcılığında mənzərə etüdlərinə də rast gəlinir.

- Söhbətimizə əsərin yaranma tarixçəsindən başlayaq.

- Elçin İskəndərovun demək olar ki, bütün əsərləri özünəməxsus yaranma tarixçəsinə malikdir. O, heç bir əsərini mexaniki şəkildə icra etmir, hər bir işinə ruhunu qatır, hər obrazı, xətti və rəngi hiss edir. Rəssamın özü də vurğulayır ki, insanın ruhunda rəssamlıq olmalıdır; hər bir yaradıcılıq nümunəsi insanın daxili aləmini əks etdirməlidir.

Onun "Həsrətindən" adlı tablosu da belə bir prosesin nəticəsidir. Əsər sifariş əsasında yaranıb. Maraqlıdır ki, bu əsərdə nə foto, nə də natura istifadə olunub; Elçin İskəndərov obrazları tamamilə təxəyyülündən qurub, eyni zamanda insan bədəninin standart proporsiya qanunlarına riayət edib.

Mövzunun ruhunu daha dərindən duymaqda və yaratmaqda rəssama Şəfiqə Axundovanın "Həsrətindən" əsəri təsir göstərib. Tablonun adı da məhz həmin musiqi əsərinin şərəfinə verilib. Musiqi sədaları altında ərsəyə gələn tabloda sanki notlar rənglərə çevrilib, hər bir hiss və həyəcanın incə çalarları təsvir edilib.

- Əsərin rəng həlli necədir?

- İlk baxışda qırmızı, sarı və göy rənglərin üstünlüyü diqqəti cəlb edir. Elçin İskəndərovun yaradıcılığında bu rənglərə əsas ton kimi tez-tez rast gəlinir. Onun ən sevimli rənglərindən biri isə göy kobalt çalarlıdır. Palitra özlüyündə kontrast xarakter daşıyır: tarixən göy rəng soyuqluğun və təmkinin simvolu olmuşdusa, qırmızı rəng emosiyaların, kəskin hisslərin və narahat ruhun rəmzi kimi qəbul edilir. Sarı isə rəssamın əsərlərində xüsusi çalarlara malikdir. Xüsusən də qızılı tonların istifadəsi tabloya parıltı və zənginlik effekti bəxş edir. Beləliklə, sarı rəng həm ziddiyyəti gücləndirir, həm də əsərə zərif və dekorativ xarakter qazandırır. Rəssamın istifadə etdiyi pastoz texnika təsvirə üçölçülü xarakter verir. Kolorit və qadın obrazının işlənmə tərzində Sakit Məmmədovun təsiri hiss olunur. Lakin fərqli olaraq, Məmmədov opalizmə xas işıltılı palitranı seçdiyi halda, İskəndərov daha tünd rəng çalarlarına müraciət edir. Bu isə Van Qoqa məxsus narahat, lakin dərin palitranı xatırladır. Nəticədə əsərlər həm estetik gözəllik daşıyır, həm də tamaşaçının şüuruna emosional təsir göstərir.

Tabloda rənglərin semantik yükü də vardır. Oğlan obrazı tünd göy tonlarla ifadə olunaraq onun soyuq, rasional və düşüncəyə üstünlük verən xarakterini əks etdirir. Eyni zamanda bu rəng obrazın həsrətdən doğan qəm və iztirablarını da simvolizə edə bilər.

- Qız isə sarı paltarda təsvir edilib.

- Bu seçim onun istiliyini, işıq saçan təbiətini, qayğıkeşliyini və hisslərinin güclü olduğunu göstərir. Sarı rəng həmçinin uzun həsrətdən sonra qovuşmanın yaratdığı sevinci, eyni zamanda həsrətdən saralıb-solma motivini də ifadə edir. Arxa planda göy və sarının qarışmasından yaranan qırmızı rəng onların məhəbbətini, sevginin alışan qığılcımlarını simvolizə edir. Sarı rəngin üstünlük təşkil edərək göyü "öz ağuşuna alması" isə qızın sevgisi və hisslərinin oğlana qalib gəldiyini göstərir. Rənglər olduqca parlaq və şuxdur. Realist təsvirə baxmayaraq, rənglərin dekorativliyi əsərə xüsusi cazibə qatır. Üzlərdə xətt ön planda olsa da, ətraf mühit rəng kütlələri ilə qurulub. Beləliklə, rəng kütləsi həm üz ifadələrini ön plana çıxarır, həm də obrazların daxili aləmini açır.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- Rəsmin quruluşu sadədir. Kompozisiya yalnız iki obraz üzərində formalaşdırılıb. Obrazlar kompozisiyanın mərkəzində yerləşir və tablo bütövlükdə rənglərin dairəvi şəkildə tətbiqi ilə sentrik bir quruluşa malikdir. Bu sentriklik obrazların bir-birini qucaqlaması ilə daha da güclənir: onlar ətraf mühitdən təcrid olunaraq öz qapalı məkanlarını yaradırlar. Ətraf ümumiləşdirilmiş pastoz yaxmalarla verilib. Obrazların üzləri isə daha dəqiq işlənib, əsas ideya onların ifadəsində cəmlənib. Rəng kontrastı və fırça vuruşlarının dinamikliyi əsərə hərəkətlilik gətirir. Abstrakt fon dalğa effekti yaradır, obrazların özləri isə hərəkətli pozada verilib ki, bu da kompozisiyanın ümumi dinamizmini artırır. Perspektiv qanunlarına əməl olunmayıb, fon mücərrəd rəng kütləsindən ibarətdir. İkinci dərəcəli elementlərin olmaması bütün diqqəti əsas qəhrəmanlara yönəldir. Arxa planda tünd rənglərdən açıq tonlara keçid isə işıq-kölgə vasitəsilə obrazları qabardır. Əyri, dairəvi və dalğavari fırça vuruşları kompozisiyanı statiklikdən uzaqlaşdırır, əsərə yumşaq hərəkət bəxş edir. Rənglərin vahid mərkəzə yönəlməsi tabloya bütövlük hissi qazandırır.

- Tablo harada saxlanılır?

- Əsər hazırda Türkiyənin Ankara şəhərində şəxsi kolleksiyada qorunur.

- "Həsrətindən" rəssamın digər işləri ilə hansı ortaq və fərqli cəhətləra sahibdir?

- Elçin İskəndərovun yaradıcılığında müxtəlif üslub və cərəyanların təsiri hiss olunur. Onun bütün əsərlərində ümumi cəhət kimi rənglərin parlaq qamması, işıq-kölgənin kəskin verilməsi və dekorativlik müşahidə olunur. Xüsusilə geyimlərin təsvirində materialın teksturasının və ağırlığının verilməsi diqqəti cəlb edir.

"Həsrətindən" tablosunda ekspressionizmə xas rənglərin dinamikası, emosiyaların parlaq ifadəsi, şux rənglərin bolluğu nəzərə çarpır. Digər əsərlərində isə fovizm, neosimvolizm, ar-nuvo, kubizm, sürrealizm, futurizm elementləri müşahidə olunur. Bəzi tablolarında Şərq ornamentikası və Azərbaycan xalça sənətinə xas həndəsi motivlər də istifadə edilir.

Qustav Klimt təsiri "Gecə" və "Yuxu" tablolarında, Karavacco ənənələri isə "Qırmızının harmoniyası" və "Sorelle" əsərlərində görünür. Portretlərində isə rus rəssamı Kramskoyun kameralı psixoloji yanaşması xatırlanır. Eskizlərində sadə karandaşla işlənmiş realizm, Rembrandt və XIX əsr rus rəssamlarının psixoloji dərinliyi hiss olunur.

- Sizcə, bu rəsm bizə nə deyir?

- "Həsrətindən" tablosunun mahiyyətini anlamaq üçün həm Şəfiqə Axundovanın eyniadlı musiqisini dinləmək, həm də rənglərin oyununa və obrazların jestlərinə diqqət yetirmək lazımdır. Musiqidə olduğu kimi, tabloda da sevgi, həsrət, ayrılığın ağırlığı və qovuşmanın sevinci əks olunub.

Oğlan obrazı sevgilisinə möhkəm sarılaraq onu buraxmaq istəmir. Bu, ayrılıq qorxusunun və uzun həsrətin doğurduğu iztirabın simvoludur. Qız isə sakit, işıqlı siması ilə artıq əmin bir rahatlığı ifadə edir - onlar bir daha ayrılmayacaqlar. Qızın saçlarında açılan güllər qovuşmanın, yenidən doğuluşun rəmzidir. Göy rəngin soyuqluğu sarı və qırmızının istiliyi ilə əvəz olunaraq məhəbbətin qələbəsini göstərir.

Tablonun əsas mesajı budur: həsrət və ayrılıq nə qədər ağır olsa da, sevgi qovuşma anında yenidən doğulur. İki aşiq bütün aləmdən təcrid olunaraq yalnız bir-birlərini hiss edir, sevgilərinin gücü ilə dünyanı işıqlandırırlar.

Aytac SAHƏD

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Avqust 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see382

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see315

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see299

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see278

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see275

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see270

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see268

Qızıl bazarında qiymətlər yenidən kəskin dəyişdi (Video)

29 Avqust 2026 23:15see235

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see219

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see210

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see203

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see200

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see196

İranın əsas ticarət qapısında durğunluq yaşanır GÖRÜNTÜ

29 Avqust 2026 23:28see193

Tbilisidə Azərbaycan və gürcü rəqslərini birləşdirən yeni dərnək açılıb

30 Avqust 2026 02:08see192

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see186

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see186

“Meydanda pul rol oynamır” Fərid Namazov

29 Avqust 2026 23:19see184

Trampın nitqi üzərindən fırıldaq edən işçi ifşa edildi

30 Avqust 2026 01:28see171

Rusiyada miqrantlara qarşı əməliyyat Yeni texnologiya tətbiq olundu

29 Avqust 2026 23:28see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri