Icma.az
close
up
RU
Sükut ​​​​​​​ Bir rəsmin dedikləri

Sükut ​​​​​​​ Bir rəsmin dedikləri

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Şahanə Mansırovadır. Onunla rəssam Ləman Məmmədovanın "Sükut" əsərindən danışmışıq.

Ləman Məmmədova 1991-ci ildə Azərbaycanda dünyaya gəlib. Hələ kiçik yaşlarında - 1996-cı ildə ailəsi ilə birlikdə Sibir torpaqlarına, Tümen şəhərinə köçüb. Uşaqlıq illərindən rəssamlıq istedadını müəllimləri hiss edirlər. Ləman gördüyü yuxuları uzun illər yaddaşında saxlayır, onların rənglərini, formalarını və yaratdığı ovqatı rəsmlərində canlandırmağa başlayır.

2007-ci ildə ailəsi ilə birgə Vətənə - Azərbaycana dönən Ləman elə həmin dövrdən etibarən ölkədə keçirilən müxtəlif sərgilərdə iştirak etməyə başlayır. 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunması onun yaradıcılığında dönüş nöqtəsi olur. Burada aldığı peşəkar təhsil vasitəsilə yuxulardan gələn təsvirləri incəsənətin dili ilə ifadə etməyə başlayır.

Onun əsərlərində şəxsi təcrübələr, emosional səhnələr və dərin daxili narahatlıqlar ön plana çıxır. Rəssamın yaradıcılığında xüsusilə psixoloji sarsıntılar və sosial təcrid kimi mövzular intensiv və təsirli şəkildə əks olunur.

- İstərdim öncə Ləman Məmmədovanın bu günlərdə baş tutan sərgisi haqqında fikirlərinizi bizimlə bölüşəsiniz.

- "Yuxuların kontrastı" - bu fərqli ad, sərginin ruhunu tam ifadə edirdi. Parlaq arzularla dumanlı reallıq arasında get-gəlin, ruhun sakitliyi ilə daxili fırtınaların toqquşması. Bu sərgi istedadlı gənc rəssam Ləman Məmmədovanın fərdi yaradıcılığına həsr olunmuşdu. Onun fırçasından doğan əsərlər sanki yuxu ilə oyaqlıq arasındakı incə sərhəddə gəzirdi, nə tam reallıq, nə tam xəyal. Hər bir tablo bir duyğunu xatırladırdı, adını unutduğumuz və bizə yad gələn bir duyğu idi. Bu sərgi Xalq rəssamı Arif Əzizin təşəbbüsü ilə ərsəyə gəlmişdi.

"Art House"da baş tutan "Yuxuların kontrastı" yalnız fırça izlərindən ibarət deyildi. Burada susqunluq danışırdı, rənglər şeir oxuyurdu, hər əsər sanki bir yuxudan oyanma anını yaşadırdı. Ləman Məmmədovanın yaratdığı hər bir vizual məkan izləyicini öz yuxularının içindən keçməyə dəvət edirdi. Bu sərgi gəncliklə ustalığın görüş nöqtəsi, fərdi yaradıcılığın və sənət dostluğunun bayramı, incəsənətin zamanla danışdığı an idi. Elə bir an ki, orada olmaq özü bir sənət təcrübəsidir.

Sərgidə diqqət çəkən əsərlərdən biri də "Sükut" əsəri idi. Bu əsəri Ləman Məmmədova yuxuda görmüşdü. Ləman xanımla söhbətimizdə bir məqamı qeyd etmişdi: "Düşünürəm ki, hər kəs bu dünyaya hansısa missiyanı yerinə yetirmək üçün gəlir. Gördüyüm yuxuları əsərlərə çevirmək - bu da mənim missiyamdır".

- Əsərin kompozisiyası necədir?

- Yalnız qara rənglə işlənməsi - ağ-qara kontrastı insan ruhunun işıq və qaranlıq tərəflərini üzə çıxarır. Bu qarşıdurma həm əbədi mübarizəni, həm də insanın öz iç dünyasında balans axtarışını göstərir. Həddindən artıq sıx kölgələr isə ümid işığını azaldır, tamaşaçını introspektiv düşüncəyə sürükləyir.

Qara-qələm texnikası ilə icra edilmiş bu əsər vizual olaraq məni dərhal özünə cəlb etdi. Kompozisiyada mərkəzi fiqur - özünə qapanmış, dizlərini qucaqlamış bir insan - depressiya, yalnızlıq və daxili sarsıntı kimi emosional halların simvoluna çevrilib. Onun ətrafında spiralvari xətlər, qarmaqarışıq formalar və simvolik elementlər yer alır. Bu xaotik qrafika əsərin əsas ideyasını - insan psixikasında baş verən mürəkkəb və təlatümlü daxili dünyanı əks etdirir.

Rəssam burada səsdən yox, səssizliyin formasından istifadə edir. Boğuq tonlar, qaranlığa çalan rənglər, bir küncdə dayanan tək fiqur - bu susqunluğun nə qədər ucadan danışa bildiyini göstərir.

Ləmanın digər əsərləri bu sükutun əksi kimi görünə bilər. Məsələn, bəzi əsərlərində parlaq rənglər, hərəkətli formalar, dinamik kompozisiyalar müşahidə olunur. Onlar həyatın müxtəlif ritmlərindən danışır - qadının gündəlik qayğıları, arzular, içindəki savaş və barış. O əsərlərdə rənglər deyir: "Mən buradayam, mən varam". Amma "Sükut"da rənglər sanki geri çəkilir: "Dinlə, mən danışmıram, amma varam".

- Ləman Məmmədovanın yaradıcılığında qadın mövzusu xüsusi yer tutur.

- "Qadın" mövzusu rəssamın bütün yaradıcılığının ana xəttidir. Amma "Sükut"dakı qadın obrazı - əgər bir fiqur varsa - digərləri kimi baxmır bizə. O, gözlərini gizlədir, ya da elə baxır ki, biz onu görə bilmirik. O, danışmaq istəmir. Digər əsərlərdə qadınlar bəzən qürurlu, bəzən üsyankar, bəzən zərif görünsə də, buradakı qadın artıq mübarizə aparmır. O, sükutun içində özünə məskən salıb.

Bu əsər həm Ləmanın üslubuna sadiqdir, həm də onu bir addım irəli aparır. O, sanki artıq danışmaqdan imtina edir və rəssamın öz içindəki sükutla üz-üzə dayanır. Və bu da onu digər əsərlərindən fərqləndirir - daha az forma, daha çox hiss, daha az hərəkət, daha çox dərinlik.

Əsərdəki əsas fiqurun forması nisbətən realistik olsa da, bütünlükdə istifadə edilən xətt texnikası ekspressionist yanaşmanı xatırladır. Təsvirin ətrafındakı qarışıq və sıx xətlər əsas fiqurun daxilində yaşadığı daxili təzyiq və qarışıqlığı ifadə edir. Spiralvari forma insanın təkrar-təkrar eyni düşüncə labirintində dolaşmasını, yəni ruminasiyanı göstərir. Bu, həm də zaman və məkan hissinin pozulmasını, keçmiş, bu gün və gələcəyin insan şüurunda bir-birinə qarışdığını simvolizə edir.

Fonda yer alan qeyri-müəyyən fiqurlar, uçan quşlar və ya musiqi notlarına bənzər işarələr azadlıq, arzu və xaosun içində bir çıxış axtarışını simvolizə edə bilər. Bu elementlər sanki əsas obrazın ağlında dolaşan fikirlər, xatirələr və arzu-istəklərdir. Əsərdə həm də iki fiqur görünür - biri əsasdır, digəri isə başsız, ya da üzsüz kiçik siluet formasındadır. Bu ikinci varlıq bəlkə də, insanın "kölgə" tərəfini, qorxularını və ya keçmiş travmalarını ifadə edir.

Bu əsər təklikdəki insanın daxili dialoqunu vizual formaya çevirərək, çağdaş dövrdə tez-tez rast gəlinən psixoloji vəziyyətləri - depressiya, sosial təcrid, şəxsiyyət böhranı kimi mövzuları irəli sürür. Əsər birbaşa cavab vermir, əksinə, tamaşaçını düşündürür, onun "Mən özüm bu qarışıqlıqda haradayam" sualını verməyə vadar edir.

Çoxqatlı xətlərin intuitiv, amma nəzarət olunan istifadəsi sənətkarın daxili ritmini və hisslərini səthi xətlərlə çatdırmaq bacarığını nümayiş etdirir. Bu texnika yalnız təsviri deyil, həm də emosiyanı qurmağa xidmət edir. Rəssam burada yalnız görüntü yaratmır, həm də hiss etdirir ki, bu da yüksək bədii keyfiyyətin göstəricisidir.

Bu əsər təkcə bir vizual təcrübə deyil, həm də ruhani bir səfərdir. O, tamaşaçını öz daxilinə baxmağa, unudulmuş qorxuları və arzuları üzə çıxarmağa sövq edir. Hər xətt, hər qarışıq forma insan beynində dolaşan düşüncələrin, həyəcanların və xatirələrin bir kodudur. Belə işlər müasir ekspressionizmin və psixoloji simvolizmin əla nümunəsi hesab edilə bilər.

- Əsərin semantik təhlilində nələri vurğulamaq olar?

- Bu əsər sadəcə bir tablo deyil, həm də susmuş qışqırığın, təlatümlə dolu daxili aləmin vizual xatirəsidir. Sanki qara-qələm burada qaranlığın özüylə danışır. Və o danışdıqca, biz səssizliyin necə ağır ola biləcəyini hiss edirik.

Əsərin mərkəzində özünə qapanmış bir fiqur var - dizlərini qucaqlayıb oturub. Bu pozada ümid yox, yalnızlıq var. Bu insan qorunmaq istəyən, bəlkə də artıq dünyadan gizlənmiş birisidir. Onun duruşu bizə heç bir sözü demədən yüzlərlə sual verir: Nədən qorxur? Nədən yorulub? Harada itib özü?

Ətrafında dolaşan qarmaqarışıq xətlər elə bil onun beynindəki düşüncələrin xəritəsidir. Nə başlanğıc var, nə də son. Bu xətlər içimizdə dolaşan və heç zaman tam formalaşmayan düşüncələr kimidir - qırıq, tikanlı və az qala boğucu. Onlar yalnız forma deyil, ruhun qaça bilmədiyi labirintləridir.

Spiralvari formalar isə zamanın içində donub qalan bir anı xatırladır. Keçmiş və gələcək eyni nöqtədə toqquşur. Bu spiral - insanın eyni ağrını təkrar-təkrar yaşamasıdır, yaddaşın, travmanın, dərin düşüncələrin dönə-dönə qaytarılmasıdır.

Havada dolaşan simvolik elementlər - quşlara bənzər, bəzən nota oxşar formalar isə azadlıq xülyası ilə şüuraltı xaosun toqquşmasıdır. Sanki insanın daxilindən çıxmağa çalışan xatirələr, arzular, qorxular, ya da duyğular havada uçuşur, amma yerə enə bilmir. Onlar formaya düşmədən qeyb olur - ruhun tərcüməsiz səsləri kimi.

Və sonra ikinci fiqur peyda olur - balaca, başsız və ya tam formalaşmamış. Bu, bizim "gizli mən"imizdir, qaranlıqda gizlənən "kölgəmiz"dir. Bəzən özümüz də onun varlığından xəbərsizik. Amma o, bizi izləyir, addımlarımızı təkrar edir, bəzən bizdən daha çox bizdir.

Əsərin rəngsizliyi isə susqun bir fəryad kimidir. Qara və ağ - İşıq və qaranlığın ən son qarşılaşması. Burada rəngin yoxluğu - hisslərin yandırıcı dərinliyidir. Qara burada sadəcə rəng deyil, itirilmiş ümidin, bitməyən gecənin və heç açılmayan sabahın simvoludur.

- Tablo hazırda harada qorunur?

- Əsər Ləman xanımın öz kolleksiyasında saxlanılır.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Bu əsər baxmaq üçün deyil, hiss etmək üçündür. Onunla danışmaq olmur, onu duymaq mümkündür. O, sənə özünü göstərmir, səni öz içinə çəkir. Və sən də baxdıqca öz qaranlığınla üz-üzə qalırsan. Bu rəsmdə insan yoxdur, insanın içi var. Və o iç çoxumuzun tanıdığı bir dərinlikdir.

Aytac SAHƏD

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://525.az
archiveBu xəbər 07 İyul 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see664

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see330

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see300

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see290

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see279

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see253

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see235

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see231

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see229

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see225

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see191

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see180

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see178

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see176

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see170

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see168

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see167

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see159

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see159

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri