Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi
Icma.az, Apasport portalına istinadən məlumat yayır.
İdman Arbitraj Məhkəməsi (CAS) 2025-ci il Afrika Millətlər Kubokunun çempionu ilə bağlı yekun qərarını açıqlayıb.
Apasport.az xəbər verir ki, məhkəmə Seneqal Futbol Federasiyasının apellyasiya şikayətini təmin edərək yığmanın çempionluq titulunu bərpa edib.
Bununla da Afrika Futbol Konfederasiyasının (CAF) Mərakeşi çempion elan edən əvvəlki qərarı ləğv olunub.
Xatırladaq ki, yanvarın 18-də Mərakeşin paytaxtı Rabatda keçirilən finalda Seneqal meydan sahiblərini əlavə vaxtda 1:0 hesabı ilə məğlub etmişdi. Yeganə qolu Pap Qeye vurmuşdu.
Lakin görüşün əsas vaxtının sonlarında Mərakeşin xeyrinə təyin olunan penalti böyük mübahisəyə səbəb olmuşdu. Hakimin qərarına etiraz edən Seneqal futbolçuları bir müddət meydanı tərk etmişdilər. Oyun bərpa olunduqdan sonra Mərakeşin futbolçusu Brahim Dias penaltidən yararlana bilməmişdi.
Martın 17-də CAF-ın Apellyasiya Komitəsi Seneqalın meydanı tərk etməsini qayda pozuntusu hesab edərək komandaya 0:3 hesablı texniki məğlubiyyət vermiş və Mərakeşi çempion elan etmişdi.
Seneqal Futbol Federasiyası isə qərarla razılaşmayaraq CAS-a müraciət etmişdi.
Bu gün açıqlanan qərarla Seneqalın apellyasiyası təmin olunub və komandanın Afrika çempionluğu rəsmən bərpa edilib.
“Sabah”ın Çempionlar Liqasındakı rəqibində ciddi itki “Trabzonspor” Riçarlison üçün hərəkətə keçdi – “Tottenhem”in istədiyi məbləğ açıqlandı PSJ-yə rədd cavabı verdi – “Benfika”da qalacaq “Qalatasaray”a Leaodan pis xəbər: Mövsümün ilk yarısını başa vurdu Futbolla vidalaşacağı deyilən Musiala ilə bağlı “Bavariya”dan açıqlama
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 24 Noyabr 2026 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















