Dələduzların qurbanı olmayın...
Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün bir çox insanlar mənzil, avtomobil alanda ayrı- ayrı dələduzların toruna düşürlər.Təbii ki, sonradan bu tordan çıxmaq elə də asan məsələ olmur. Buna görə də mənzil, avtomobil və digər əmlak alarkən diqqətli olmalı, bütün hüquqi sənədlər dəqiq araşdırılmalıdır.
Çıxarışı olmayan, eləcə də müqavilə və bələdiyyə sənədləri ilə satılan mənzillər alarkən daha diqqətli və ehtiyatlı olmaq lazımdır. Bu proseslər " makler"lərin iştirakı və vasitəçiliyi ilə " Asan xidmət" də və notarial ofislərində baş tutur. Üstəlik də " makler" lər həm mənzil satandan, həm də alandan1000- 1500 manat civarında pul alırlar! Alqı-satqı zamanı " Forma-2" sənədinə xüsusi diqqət yetirilməlidir.
Çünki alqı-satqıdan sonra mənzildə qeydiyyatda olan şəxslərin bəziləri qeydiyyatdan çıxmır və sonradan mənzil sahibi üçün problem yaradır.Buna görə də yeni mənzili alan adam məhkəməyə müraciət edir və nə qədər əziyyət çəkməli olur. Alqı-satqı prosesini isə nə qədər vaxt aparsa da " Asan xidmət" də həyata keçirmək lazımdır. Nə ev sahibinə, nə də " makler" ə inanın . Qanuna və sənədlərə inanın. " Forma-2" i almamış alqı-satqı eləməyin. Qeydiyyatda olanların hamısı mənzildən qeydiyyatdan çıxsın və ondan sonra digər notariat hərəkətləri aparılsın. Bax , belə olarsa, mənzil alandan sonra başınız ağrımaz və problemlər yaşamazsınız!
Emil FAİQOĞLU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 24 Noyabr 2026 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















