Icma.az
close
up
RU
“Afrika dəhlizi” türk dövlətlərinə nələr vəd edir?

“Afrika dəhlizi” türk dövlətlərinə nələr vəd edir?

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

TDT-nin iqtisadi, coğrafi və diplomatik sərhədləri genişlənir

Sahel regionunun geosiyasi mənzərəsi son illər əsaslı şəkildə dəyişir və Niger həmin dəyişikliklərin mərkəzində dayanır. Bu il iyun ayının 4-də Nigerin dövlət başçısı general Əbdürrəhman Tçianinin Ankaraya reallaşdırdığı rəsmi səfər regiondakı yeni güc balansının göstəricisi hesab olunur. Bu, Tçianinin 2023-cü ilin iyul ayında hakimiyyətə gəlişindən sonra Afrika qitəsindən kənara etdiyi ilk rəsmi dövlət səfəridir və tərəfdaşlıq əlaqələrinin strateji səviyyəyə yüksəldiyini təsdiqləyir.

Niger qlobal uran sənayesində strateji çəkiyə malikdir. Dünya Nüvə Assosiasiyasının rəsmi statistik məlumatlarına əsasən, Niger qlobal uran hasilatında mühüm mövqelərdən birini tutur. Keçmişdə Afrikanın aparıcı uran istehsalçısı olan ölkə, hazırda da qlobal siyahıda ilk onluqda yer alır və təxminən 454 min ton müəyyən edilmiş uran ehtiyatına sahibdir. Nüvə energetikasının və strateji suverenliyin təmin edilməsində uran ehtiyatları müstəsna əhəmiyyət daşıyır. Eyni zamanda, Niger ərazisində sənaye və texnologiya zənciri üçün mühüm əhəmiyyət kəsb edən litium, kobalt və fosfat kimi nadir elementlərin zəngin yataqları mövcuddur. Strateji xammal ehtiyatları qlobal güclərin, xüsusilə də nüvə enerjisindən asılılığı olan Fransa kimi dövlətlərin regiona marağını şərtləndirirdi. Lakin Niamey administrasiyasının suverenlik siyasəti qlobal şirkətlərin, o cümlədən Fransanın dövlət nəzarətindəki “Orano” şirkətinin lisenziyalarının ləğv edilməsi və “Somair” mədəninin milliləşdirilməsi prosesi ilə nəticələndi.

Türkiyə ilə Niger arasında geosiyasi yaxınlaşma, bütövlükdə, Türk dünyası üçün mühüm perspektivlər vəd edir. Türk Dövlətləri Təşkilatının qlobal ticarət və enerji marşrutlarında rolunun artdığı dövrdə Afrika qitəsində möhkəmlənmək strateji diversifikasiya imkanları yaradır. Qazaxıstan və Özbəkistan kimi uran nəhənglərinin yer aldığı Türk dünyası Niger ilə qurulan əlaqələr vasitəsilə qlobal enerji bazarındakı tənzimləyici çəkisini daha da artıra bilər. Orta Dəhliz layihəsinin genişlənməsi fonunda Afrikanın strateji xammal ehtiyatlarının Türk dövlətlərinin sənaye potensialı ilə inteqrasiyası qlobal rəqabətdə üstünlük qazandırır. Azərbaycanın və digər müttəfiq ölkələrin qitə miqyasında diplomatik fəaliyyətinin genişlənməsi Türkiyənin Nigerdəki mövqelərinin güclənməsi ilə paralel şəkildə inkişaf edir. Beləliklə, Ankaranın qurduğu təhlükəsizlik və tərəfdaşlıq arxitekturası Türk dünyasının qlobal miqyasda nüfuz dairəsini genişləndirən mühüm amilə çevrilir.

***

Tərəfdaşlığın təməlində təhlükəsizlik amili dayanır. Sahel regionu uzun illərdir radikal qruplaşmaların və terror şəbəkələrinin fəaliyyətindən ciddi zərər çəkir. Niger hərbi rəhbərliyi milli təhlükəsizliyi təmin etmək məqsədilə etibarlı və bərabərhüquqlu hərbi-texniki əməkdaşlıq axtarışındadır. Türkiyə həmin sahədə böyük imkanlara və müasir hərbi-sənaye kompleksinə sahibdir. Son illər Niger Silahlı Qüvvələri Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları, zirehli texnikalar və yüngül silahlar əldə edib. General Tçianinin Ankaraya səfəri zamanı hərbi-texniki əməkdaşlığın maliyyələşdirilməsi məsələsində Türkiyə tərəfinin göstərdiyi güzəştlər və dəstək əlaqələrin səmimiliyinə dəlalət edir. Türkiyə dövlət başçısının yerli hərbi sənaye şirkətlərinə Nigerə dərhal tədarük edilməsi və ödənişin sonrakı mərhələlərdə həyata keçirilməsi barədə verdiyi tapşırıq tərəflər arasında yaranan strateji etimadın bariz nümunəsidir. Bu addım Nigerin terrorizmlə mübarizə potensialını gücləndirməklə yanaşı, Türkiyənin regiondakı mövqelərini sarsılmaz edir.

Fransanın Sahel regionundakı neokolonial idarəçilik sistemi artıq tamamilə sıradan çıxıb. İllərlə davam edən təktərəfli istismar siyasəti, yerli xalqların ciddi etirazına səbəb oldu və nəticədə, fransız ordusu Niger ərazisini tərk etməyə məcbur qaldı. Qərb dövlətlərinin qitədəki diktat siyasətinin iflasa uğraması, region dövlətlərini alternativ və daha ədalətli tərəfdaşlar axtarmağa sövq etdi. Türkiyə məhz həmin məqamda bərabərhüquqlu tərəfdaşlıq modelini təklif edərək ön plana çıxdı. Ankara hər hansı kolonial keçmişə və ya imperiya iddialarına sahib olmadan tamamilə qarşılıqlı fayda prinsipinə əsaslanan münasibətlər formalaşdırır. Niger rəhbərliyi Ankarada qarşılanarkən nümayiş etdirilən dövlət protokolu və 16 türk dövlətinin bayraqlarının yer alması Niameyə göstərilən ali hörmətin rəmzi ifadəsi idi. Həmin yanaşma regionda Qərbin hegemonluğunun yerini Türkiyənin rəhbərlik etdiyi əməkdaşlıq modelinin aldığını sübut edir.

Geosiyasi cəhətdən Niger Mərkəzi Afrikanın və bütövlükdə, Sahel zolağının ən mühüm və sabit geosiyasi ölkələrindən biridir. Çad gölü hövzəsi və Saxara səhrası arasında yerləşən dövlət tranzit, təhlükəsizlik dəhlizlərinin kəsişməsində qərar tutur. Nigerdə sabitliyin təmin edilməsi qonşu dövlətlərin də təhlükəsizliyinə təsir göstərir. Hərbi idarəçiliyin bərqərar olmasından sonra ölkə xarici müdaxilələrə qarşı qətiyyətli müqavimət göstərərək daxili nizamı qorumağa nail olub. Türkiyə Nigerin daxili sabitliyini dəstəkləməklə regionda yayılan xaosun qarşısını almağa kömək edir. Terror qruplaşmalarına qarşı mübarizədə Türkiyənin kəşfiyyat dəstəyi və taktiki məsləhətləri Niger ordusunun peşəkarlığını artırır.

***

Türkiyənin enerji təhlükəsizliyi strategiyasında resursların diversifikasiyası xüsusi yer tutur. Son illər qardaş ölkə nüvə enerjisi sahəsində nəhəng layihələr həyata keçirir və ilk nüvə elektrik stansiyası olan “Akkuyu”nun inşası sürətlə davam edir. Gələcəkdə digər nüvə stansiyalarının da tikintisi planlaşdırılır. Həmin layihələrin davamlı olması üçün etibarlı uran tədarükü zəncirinin qurulması zəruridir. Niger məhz həmin ehtiyacın qarşılanmasında etibarlı tərəfdaş rolunu oynaya bilər. Nigerin sahib olduğu zəngin uran yataqları Türkiyənin nüvə enerjisi sektorunun xammal təhlükəsizliyini uzunmüddətli dövr üçün təmin etmək iqtidarındadır. Həmçinin litium və kobalt kimi strateji metalların əldə edilməsi Türkiyənin yerli texnoloji istehsalını, xüsusilə də elektromobil və müdafiə sənayesini dəstəkləyir.

Ankarada keçirilən rəsmi görüşlər çərçivəsində müxtəlif istiqamətlərdə mühüm sənədlər imzalandı. Səfər zamanı tərəflər arasında təhsil, səhiyyə, ticarət və diplomatiya sahələrində sıx əməkdaşlığı nəzərdə tutan fəaliyyət protokolları qəbul edildi. Xüsusilə, ali təhsil sahəsində 2026–2030-cu illəri əhatə edən tətbiq protokolu imzalandı ki, bu da iki ölkə arasında tələbə və müəllim mübadiləsini genişləndirəcək. Həmçinin ticarət əlaqələrini tənzimləmək üçün Müştərək İqtisadi və Ticarət Komissiyasının yaradılması qərara alındı. Səhiyyə sahəsində isə Niger-Türkiyə Dostluq Xəstəxanasının müştərək idarə edilməsi barədə razılaşma əldə olundu. Diplomatiya sahəsində kadr hazırlığını və strateji araşdırmaları gücləndirmək məqsədilə Türkiyə Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyası ilə Niger Milli Diplomatik və Strateji Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalandı. İmzalanan sənədlər əməkdaşlığın təkcə hərbi sahə ilə məhdudlaşmadığını, həm də humanitar və institusional sahələri əhatə etdiyini göstərir.

Nigerin dövlət başçısı general Əbdürrəhman Tçianinin Ankaraya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu, Sahel regionunda formalaşan yeni geosiyasi reallıqların təzahürünü nümayiş etdirir. Bu proses gələcək illərdə həm Afrikanın siyasi-iqtisadi inkişafına, həm də Türk dünyasının qlobal miqyasda strateji nüfuzunun artmasına mühüm töhfə verə biləcək uzunmüddətli tərəfdaşlığın əsasını formalaşdırır.

Yusif ŞƏRİFZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyun 2026 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri