Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Bakının Afrika coğrafiyasında aktivliyi nə vəd edir? Şərh

Bakının Afrika coğrafiyasında aktivliyi nə vəd edir? Şərh

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bu gün Azərbaycan təkcə Cənubi Qafqaz, Mərkəzi Asiya, Xəzər hövzəsində deyil, daha geniş coğrafiyada regional əməkdaşlıq münasibətlərini genişləndirərək ciddi aktor rolunda çıxış etməkdədir. Biz son zamanlarda Azərbaycanın Yaxın Şərq və Afrika coğrafiyasında da əməkdaşlıq münasibətləri qurub bu  istiqamətdə ciddi addımlar atılmasının şahidi olmaqdayıq. Azərbaycanın Afrika coğrafiyasında olan ölkələrlə daha sıx təmas qurmağa üstünlük verməkdədir. Bu da Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun möhkəmlənməsinə öz müsbət töhfəsini verir”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, Somali prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana səfərini bu qəbildən hesab etmək olar. 

“Azərbaycan Somali ilə beynəlxalq və regional təşkilatlarda çoxtərəfli formatlarda əməkdaşlıq edir. Somali ilə ikitərəfli əməkdaşlığın isə daha faydalı tərəfləri mövcuddur. Bu Azərbaycanın beynəlxalq aləmdəki roluna yeni bir təkan vermiş olacaq”, - o qeyd edib.

Deputat bildirib ki, son illərdə dünya gücləri və güclü ölkələri Afrika ölkələri ilə sıx əməkdaşlığa   daha ciddi şəkildə can atmaqdadır: "Bu baxımdan mən Azərbaycan Prezidenti cənab İlham Əliyevin Somali prezidenti ilə görüşdən sonra birgə bəyanatda səslənən müdafiə və təhsil sahəsindəki əməkdaşlıq məsələləri diqqət çəkmək istərdim. Afrika ölkələri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetini təşkil edir. Somali prezidentinin Azərbaycana səfəri Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı baxımdan yeni perspektivlər açır. Bu həm ikitərəfli, həm də regional əməkdaşlıq münasibətləri baxımdan faydalıdır. Çünki İkinci Qarabağ savaşından sonra Azərbaycanın yeni hədəfləri müəyyənləşməklə yanaşı, yeni çağırışlarla üz-üzədir. Bu hədəflər və çağırışlar Azərbaycana dünyanın daha çox ölkələri və regionları ilə əməkdaşlığı zəruri edir. Somali ilə əməkdaşlıq bu qəbildəndir. Somali ilə əməkdaşlığın inkişafı Azərbaycanın digər Afrika ölkələri, xüsusən də Qırmızı dəniz və Hind okeanı sahillərində yerləşən ölkələrlə əməkdaşlığa təkan vermiş olacaq. Bu da öz növbəsində Azərbaycanın təkcə Avrasiya coğrafiyasında deyil, Afrika qitəsində ciddi oyunçu rolunda çıxış etməsinə gətirib çıxra bilər. Bunun üçün Azərbaycanın çox geniş imkanları mövcuddur. 

Azərbaycan bu gün təkcə enerji, iqtisadiyyatın digər sahələrində olduğu kimi, müdafiə sahəsində də ciddi uğrulara imza atıb. 

Digər tərəfdən Azərbaycan dünya ölkələri ilə sıx şəkildə ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq edir. Azərbaycanın hərbi, hərbi-siyasi və hərbi-texniki sahələrdə, müdafiə sahəsində ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığı ildən-ilə genişlənməkdədir. Bunun nəticəsidir ki, Azərbaycan ordusu dünyanın ən güclü və qüdrətli orduları sırasında yer alıb. 

İkitərəfli hərbi əməkdaşlıq Azərbaycan Ordusu ilə xarici dövlətlərin silahlı qüvvələri və hərbi sənaye kompleksləri arasında ikitərəfli əsasda aparılır. Bu əməkdaşlıq hər iki tərəfin maraqlarına xidmət edir. Hazırda dünyanın 40-a yaxın ölkəsi ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirilir. Somali ilə də müdafiə sahəsində əməkdaşlıq etmək geniş imkanlar mövcuddur. Bunu cənab Prezident dilə gətirərək bəyan etdi ki, müdafiə əməkdaşlığımızın mühüm sahələrindən biridir. Azərbaycan müdafiə sənayesi sahəsində istehsal etdiyi müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkəyə ixrac edilməkdədir.

Müdafiə sənayesi ilə yanaşı, hərbi təlimlər müstəvisində də ciddi əməkdaşlıq mümkündür. Çünki İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı Azərbaycan ordusunun yüksək peşəkarlığı Somali ordusu trəfindən öyrənilməsinin çox byük faydası olar. Hesab edirəm ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olacağına inanıram. Bu da nəticə etibarilə Azərbaycanın mövcud beynəlxalq münasibətlər sistemində daha aktiv oyunçu olmasına geniş imkanlar açacaq”.

Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Fevral 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see909

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see500

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see356

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see322

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see296

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see292

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see278

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see267

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see266

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see259

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see251

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see248

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see246

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see235

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see230

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see228

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see228

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see206

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see198

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri