Afrika ölkəsi ilk dəfə 2036cı il Olimpiadasına ev sahibliyi edə bilər
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Cənubi Afrika Respublikası Olimpiya Oyunlarına ev sahibliyi edən ilk Afrika ölkəsi ola bilər. SİA xəbər verir ki, Cənubi Afrika Olimpiya Komitəsi bildirib ki, 2036-cı il Yay Oyunlarına ev sahibliyi etmək üçün ölkənin namizədliyi gələn ilin fevralında rəsmiləşə bilər.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Afrika qitəsində ilk Olimpiadanın keçirilməsinə yanaşır. Xatırladaq ki, 2015-ci ildə Cənubi Afrika 2022-ci il Birlik Oyunlarına ev sahibliyi etmək hüququnu qazansa da, 2 il sonra maliyyə səbəblərinə görə bu ideyadan imtina edib və o vaxt İngiltərənin Birmingem şəhəri bu missiyanı öz üzərinə götürüb.
2028-ci il Yay Oyunlarına Los-Anceles, 2032-ci il Yay Oyunlarına isə Brisben (Avstraliya) ev sahibliyi edəcək. Artıq on iki ildən sonra bir sıra ölkələr yarışlara ev sahibliyi etməyə maraq göstərirlər. Cənubi Afrika ilə yanaşı, Çili, Əhmədabad (Hindistan), Varşava, İstanbul, Doha, İspaniyanın iki şəhəri - Barselona və Madrid, həmçinin İndoneziyanın yeni tikilən paytaxtı Nusantara da buna hazırlaşır. Budapeşt də mümkün namizədlər sırasındadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 05 Dekabr 2024 07:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















