Icma.az
close
up
RU
Afrikada investisiya balansı: Çin və alternativlər

Afrikada investisiya balansı: Çin və alternativlər

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illərdə Çin investisiyaları Afrika qitəsində sürətlə artmaqda davam edir. Mərkəzi Asiya və Afrika ölkələrindən tutmuş, Latın Amerikası və Avropaya qədər genişlənən bu proses, yalnız iqtisadi layihələri deyil, eyni zamanda diplomatik və siyasi təsir gücünü də gücləndirir.

Afrika ölkələri üçün Çin investisiyaları böyük imkanlar yaratsa da, bu əməkdaşlıq müəyyən iqtisadi asılılıq risklərini də özü ilə gətirir.

Əsas sual isə budur: Afrika dövlətləri bu əməkdaşlıqdan fayda götürərkən, iqtisadi və siyasi asılılığı necə minimuma endirə bilərlər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Abutalıb Səmədov deyib ki, son illər Çin investisiyaları dünyanın müxtəlif regionlarına yayılıb: 

"Bu investisiyalar dövlətlər üçün müəyyən imkanlar yaradır, amma eyni zamanda risklər də daşıyır.Afrika ölkələri Çin investisiyalarını cəlb edərkən bu balansı nəzərə almalıdırlar. Çin investisiyalarının əsas risklərindən biri onların kredit əsaslı olmasıdır".

Abutalıb Səmədov: Çin investisiyaları yalnız digər şərtlər  mövcud olduqda problem yaratmaz

Onun sözlərinə görə, borcun ümumi daxili məhsula nisbəti qanunla müəyyənləşdirilməli, strateji obyektlər riskə atılmamalıdır: 

"Kredit müqavilələri imzalanarkən şəffaflıq təmin edilməlidir. Digər mühüm risk alternativlərin olmamasıdır. Çin investisiyaları ilə yanaşı, Hindistan, Yaponiya, Cənubi Koreya, Avropa İttifaqı və Körfəz ölkələrinin investisiyaları da Afrikaya cəlb edilməli, yalnız Çin modelinə bağlılıqdan qaçınılmalıdır".

Həmsöhbətimiz vurğulayıb ki, Çin investisiyası qoyduğu ölkələrdə öz şirkətlərini, işçi qüvvəsini və materiallarını daha çox istifadə edir:

"Bu halların qarşısını almaq üçün yerli şirkətlərə kvota ayrılmalı, yerli işçilərin minimum faizi təmin edilməli və digər məsələlər nəzərə alınmalıdır. Unutmaq olmaz ki, Çin investisiyaları yalnız digər şərtlər  mövcud olduqda problem yaratmaz. Bu halda Çin investisiyaları inkişaf alətinə çevrilir və risklər minimuma enir".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Mart 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri