Afrikalı hakimin DÇ 2026 ya buraxılmamasının səbəbi bilindi
Milli.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullin 2026-cı il futbol üzrə dünya çempionatı ilə bağlı verilən qərarlara münasibət bildirib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, turnirdə matçları idarə etməli olan somalili hakim Ömər Əbdülkadir Artanın ABŞ-yə buraxılmaması geniş müzakirələrə səbəb olub. Rəsmi qurumların qərarına əsas səbəb kimi onun təhlükəsizlik baxımından şübhəli şəxslərlə əlaqədə ola biləcəyi ehtimalı göstərilib.
Markveyn Mullin açıqlamasında ölkəyə giriş qaydalarının ciddi şəkildə tətbiq olunduğunu vurğulayıb və təhlükəsizlik məsələlərinin prioritet olduğunu bildirib. O qeyd edib ki, cinayətkar qruplarla əlaqəsi ola biləcək şəxslərə heç bir halda giriş icazəsi verilməyəcək.
Nazir həmçinin bu qərarın siyasi və ya qərəzli yanaşma ilə əlaqələndirilməsini qəbul etmədiklərini bildirib.
Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada təşkil olunacaq və turnir iyulun 19-dək davam edəcək.
Hüseyn
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 12 İyun 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















