Qəhvəyə zeytun yağı əlavə etməyin faydaları...
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qəhvə həvəskarları içkilərinə zeytun yağı əlavə etməklə həm fərqli dad əldə edir, həm də bu məhsulun sağlamlıq üçün faydalarından yararlanmağa çalışırlar.
Moderator.az xəbər verir ki, "zywienie.medonet" nəşri zeytun yağı ilə hazırlanan Oleato qəhvəsinin xüsusiyyətləri barədə məlumat yayıb.
Starbucks-ın qurucusu Hovard Şults tərəfindən populyarlaşdırılan bu içki Sardiniya sakinlərinin zeytun yağından istifadə ənənəsindən ilhamlanaraq hazırlanıb.
Zeytun yağı antioksidantlarla zəngindir. Onun tərkibindəki faydalı maddələr hüceyrələrin qorunmasına, həzm sisteminin fəaliyyətinin dəstəklənməsinə və qəbizliyin qarşısının alınmasına kömək edə bilər.
Zeytun yağının tərkibindəki fenolik birləşmələr qlükoza mübadiləsinə və insulinə həssaslığa təsir göstərə bilər. Lakin Oleato qəhvəsinin diabet riskini azaltdığı barədə iddialar əlavə elmi araşdırmalar tələb edir.
İçkini hazırlamaq üçün bir fincan qəhvəyə bir çay qaşığı zeytun yağı əlavə edib yaxşıca qarışdırmaq kifayətdir. İstəyə görə darçın, hil və ya vanil də əlavə etmək olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 30 Oktyabr 2026 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















