Icma.az
close
up
RU
Ağ Ev ştatların maliyyələşdirilməsini “dondurur”

Ağ Ev ştatların maliyyələşdirilməsini “dondurur”

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 2 oktyabr, AZƏRTAC

Donald Tramp administrasiyası Demokratların bacılıq etdiyi ştatlar üçün 26 milyard dollar vəsaiti “dondurub”.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir xəbər verir ki, məqsədyönlü proqramlara Konqresdə iki aparıcı Demokratın yaşadığı Nyu-Yorkdakı tranzit layihələri üçün 18 milyard dollar, Kaliforniya və İllinoys da daxil olmaqla onların nəzarətində olan 16 ştatda yaşıl enerji layihələri üçün 8 milyard dollar vəsait daxildir.

Bu arada, vitse-prezident Cey Di Vens xəbərdarlıq edib ki, “şatdaun” bir neçə gündən çox davam edərsə, administrasiya federal işçilərin ixtisarına davam edə bilər.

Bu addımlar açıq şəkildə nümayiş etdirir ki, Donald Tramp hökumətin “şatdaunundan” siyasi rəqiblərini cəzalandırmaq və ABŞ Konstitusiyası əsasında Konqresə həvalə edilmiş 7 trilyon dollarlıq federal büdcə üzərində nəzarətini genişləndirmək üzrə öz təhdidlərini yerinə yetirmək niyyətindədir.

ABŞ prezidenti çərşənbə günü axşam “Truth Social”da bunla bağlı yazıb: “Milyardlarla dollara qənaət etmək olar”.

ABŞ federal hökuməti maliyyə çatışmazlığı səbəbindən oktyabrın 1-də gecə yarısı qismən fəaliyyətini dayandırıb. Bunun əsas səbəbi ABŞ Konqresindəki hakim Respublikaçılar və müxalif Demokratlar partiyaları nümayəndələrinin səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri ilə bağlı razılığa gələ bilməməsidir. Onlar bir-birini “şatdaunu” təhrik etməkdə və onu siyasi məqsədlər üçün uzatmaqda ittiham edirlər.

Bu, 1981-ci ildən bəri hökumətin fəaliyyətini dayandırması ilə bağlı 15-ci haldır və onun nəticəsində elmi tədqiqatlar, maliyyə nəzarəti, ətraf mühitin təmizlənməsi və bir sıra digər fəaliyyətlərdə fasilələr yaranır.

Təxminən 750 min federal işçiyə işləməmək əmri verilib, hərbçilər və sərhəd-patrul agentləri maaş almadan işə başlayırlar. Veteranların İşləri Departamenti milli qəbiristanlıqlarda dəfnləri təmin edəcəyini, lakin baş daşları qoymayacağını və ya qazon biçməyəcəyini bildirib.

Donald Trampın başçılıq etdiyi Respublikaçılar Senatda 53-47 səs çoxluğuna sahibdirlər, lakin xərcləmə qanun layihələrini qəbul etmək üçün tələb olunan 60 səs baryerini aşmaq üçün onlara ən azı yeddi Demokratın dəstəyi lazımdır.

Qeyd edək ki, 35 gündən çox davam edən ABŞ hökumətinin fəaliyyətinin ən uzunmüddətli dayandırılması Donald Trampın birinci dövründə - 2018-2019-cu illərdə baş verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see404

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see370

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see368

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see332

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see328

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see320

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see253

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see243

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see222

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see214

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see210

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see210

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see205

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see195

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see194

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see190

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see190

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri