Icma.az
close
up
RU
Ağ Ev üçtərəfli görüşə hazırlaşır, Putin isə... Qərb mətbuatının yazdığı ilə Kremlin mövqeyi ziddiyyət təşkil edir

Ağ Ev üçtərəfli görüşə hazırlaşır, Putin isə... Qərb mətbuatının yazdığı ilə Kremlin mövqeyi ziddiyyət təşkil edir

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağ Ev artıq Donald Tramp, Volodimir Zelenski və Vladimir Putin arasında üçtərəfli görüşün təşkili üzərində işləyir.

“AzPolitika” xəbər verir ki, Qərb mediası bu barədə Tramp administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb. Həmin məlumata görə, üçtərəfli danışıqlar gələn həftə baş tuta bilər, lakin onların yeri hələ müəyyən edilməyib.

Eyni zamanda, Ağ Evin mətbuat katibi Karolin Levit Trampın hər iki ölkənin liderləri ilə görüşlərə açıq olduğunu təsdiqləyib: "Prezident Trampın dünən bəyan etdiyi kimi, ruslar prezident Trampla görüşmək istəyini ifadə ediblər və prezident bu görüşə açıqdır. Prezident Tramp həm prezident Putin, həm də prezident Zelenski ilə görüşmək istəyir, çünki o, bu amansız müharibənin bitməsini istəyir. Ağ Ev bu potensial görüşlərin təfərrüatlarını işləyib hazırlayır və təfərrüatlar lazımi vaxtda veriləcək".

Son zamanlar Tramp, Zelenski və Putin arasında mümkün görüş barədə söhbətlər artır. ABŞ Prezidenti Rusiya və Ukrayna liderləri ilə əvvəlcə ayrı-ayrılıqda danışıqlar aparmağa, sonra isə üçtərəfli sammit təşkil etməyə hazır olduğunu açıq şəkildə bəyan edib. Kreml isə Tramp və Putin arasında görüşün yaxın günlərdə baş tuta biləcəyini təsdiqləyib, lakin Zelenskinin iştirakı ilə üçtərəfli görüş sual altında qalır.

Ukrayna Prezidenti israr edir ki, belə formatda istənilən təmaslar ən azı müvəqqəti atəşkəs əldə edildikdən sonra, həmçinin Avropa tərəfdaşlarının zamin qismində iştirakı ilə mümkündür. Moskva isə hesab edir ki, ümumiyyətlə, indiki məqamda üçtərəfli sammit real deyil. Onun fikrincə, yalnız danışıqlar aparan komandalar səviyyəsində müəyyən irəliləyiş əldə edildikdən sonra belə bir görüş baş verə bilər.

Bundan öncə Qərb mətbuatı Trampın Putinlə görüş üçün şərt irəli sürdüyünü yazmışdı. Həmin şərtə görə, Putin Zelenski ilə görüşməli idi. Lakin sonradan bu məlumat Trampın özü tərəfindən təkzib olundu və belə bir şərtin olmadığı qeyd edildi. Son olaraq isə Putin özü ötən gün açıqlama verərək, Zelenski ilə görüşün “hələ çox uzaqda” olduğunu deyib. Bu da son nəticədə qeyri-müəyyən bir situasiya yaradır. Bir tərəfdə artıq gələn həftə üçün üçtərəfli görüş hazırlanır, digər tərəfdə isə bunun “hələ çox uzaqda olduğu” deyilir. Görünür, gələn həftə doğrudan da Ukrayna müharibəsinin taleyi üçün həlledici ola bilər. Ancaq bunun üçün ilk növbədə ya Rusiya özü gerçək sülhdə maraqlı olmalı, ya da hansısa ciddi təzyiq qarşısında geri çəkilərək, sülhə razılaşmalıdır.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Avqust 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see158

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see154

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see125

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri