“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dekabrın 23-də Azərbaycan İstiqlal Muzeyinə və Milli Azərbaycan Tarixi Muzeyinə mediatur təşkil olunub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən aksiya “Konstitusiya və Suverenlik İli” münasibətilə həyata keçirilib.
Azərbaycan İstiqlal Muzeyi ilə tanışlıq zamanı direktor Sədi Mirseyibli muzeyin tarixi və ekspozisiya zalları haqqında ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizdə ilk dövlət muzeyi olan İstiqlal Muzeyi dövlətçilik tariximizə, xalqımızın milli azadlıq mübarizəsinə, istiqlal ideyalarına və suverenlik yoluna dair eksponatların elmi əsaslarla toplanılması, öyrənilməsi və nümayiş etdirilməsi məqsədilə 1919-cu il dekabrın 7-də yaradılıb. Muzey Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin quruluşunun birinci ildönümü münasibətilə elə parlamentin binasında təşkil edilib. 1920-ci ilin 28 aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, bir sıra müəssisələr kimi, bu muzeyin də fəaliyyəti dayandırılıb. Mədəniyyət ocağının fəaliyyəti 71 il sonra müstəqilliyimizlə birlikdə bərpa edilib. 1991-ci il yanvarın 9-da İstiqlal Muzeyi yenidən qapılarını ziyarətçilərin üzünə açıb.
Qeyd olunub ki, 6 ekspozisiya zalından ibarət muzeyin əsas fondunda 18 mindən çox eksponat qorunub saxlanılır. Azərbaycan dövlətçiliyinin tarixi yaddaşını qorumaq, müstəqillik ideyasının inkişafını cəmiyyətə çatdırmaq baxımından Azərbaycan İstiqlal Muzeyi zəngin bir xəzinədir.
Sonra media nümayəndələri Milli Azərbaycan Tarixi Muzeyi ilə tanış olublar. Bələdçi muzeyin tarixi, fondları və ekspozisiya zalları barədə ətraflı söhbət açıb. Qeyd olunub ki, muzeyin eksponatları arxeologiya, etnoqrafiya, foto-neqativ materiallar, hədiyyələr və xatirə əşyaları, köməkçi materiallar, köməkçi tarixi fənn materialları, numizmatika, silahlar və bayraqlar, sənədli mənbələr, təsviri materiallar,
Vətən müharibəsi və xüsusi fondları üzrə təqdim edilir.
Hacı Zeynalabdin Tağıyevin Xatirə Muzeyi ilə tanışlıq zamanı bələdçi qeyd edib ki, Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə 2007-ci ildə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində milli mesenatın 9 otaqdan ibarət xatirə muzeyi yaradılıb. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa ediblər. Xatirə muzeyi H.Z.Tağıyevin iş kabineti, Şərq zalı, kitabxana, bilyard otağı, yemək otağı, məlumat otağı, Sona xanım Tağıyevanın bəzək (buduar), yataq və xidməti otaqlardan ibarətdir.
Hər iki muzeylə tanışlıq zamanı media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Ziyarətçilər muzeylərdən zəngin təəssüratla ayrılıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Konstitusiya və Suverenlik İli FOTOLAR
11 Aprel 2025 17:43
“Konstitusiya və Suverenlik İli” FOTOLAR
22 Aprel 2025 18:10
Konstitusiya və Suverenlik İli
19 May 2025 18:09
“Konstitusiya və Suverenlik İli”
01 May 2025 13:29
“Konstitusiya və Suverenlik İli”...
13 Mart 2025 09:13
Baxış sayı:84
Bu xəbər 23 Dekabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları