Ağ Ev və Pekindən kritik addım: ABŞ və Çin süni intellektlə bağlı danışıqlar aparacaq
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Mənbələrin məlumatına görə, may ayında Tramp-Si Cinpin sammitinin əsas nəticəsi olan süni intellekt danışıqları Çin prezidenti Si Cinpinin 24 sentyabrda ABŞ-yə planlaşdırılan səfərindən əvvəl baş tutacaq. Lakin son tarixlər hələ təsdiqlənməyib.
İqtisadi, siyasi və hərbi rəqiblər olaraq, Çin və ABŞ sürətlə gedən qlobal texnologiya yarışı fonunda bir-birinin süni intellekt imkanları ilə bağlı getdikcə daha çox narahatdırlar.
Pekin və Vaşinqton hərbi imkanları artıra, kritik infrastruktura kiberhücumlara imkan yarada və əmək bazarlarını qeyri-sabitləşdirə biləcək qabaqcıl süni intellekt modellərini tənzimləməyin yollarını araşdırırlar.
Dörd mənbə bildirib ki, sentyabr ayında keçiriləcək danışıqlara Amerika tərəfində maliyyə naziri Skott Bessent rəhbərlik edəcək.
Hazırlıqlar ilkin mərhələdə olduğundan, ABŞ və Çindən qalan iştirakçıların tərkibi, eləcə də görüşlərin gündəliyi və yeri hələ də müzakirə olunur.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 22 İyul 2026 03:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















