İran böhranında Çin faktoru: ABŞ Pekindən yardım istədi
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti ABŞ və Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, İranda müharibəyə qarşı artan narazılıq dalğası Donald Tramp administrasiyasını təcili diplomatik həll yolu tapmağa vadar edir.
Mənbələr bildirir ki, bu məqsədlə ABŞ-ın maliyyə naziri Skott Bessent Prezident Trampın dəstəyi ilə Çin hökumətinə müraciət edib. S.Bessent Pekindən müharibəyə son qoymaq üçün İran üzərindəki təsir imkanlarından istifadə etməsini xahiş edib. Çin tərəfi isə artıq bu mesajı Tehrana çatdırıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Çin sədri Si Cinpinlə noyabrın 18-də Çində keçiriləcək görüşündə İran məsələsinin əsas müzakirə mövzularından biri olacağı gözlənilir. Görüşdə Rusiya Prezidenti Vladimir Putinin də iştirak edəcəyi ehtimal olunur.
Paralel olaraq, Çinin Yaxın Şərq üzrə xüsusi elçisi səfir Cai Junun müharibəyə son qoymaq məqsədilə diplomatik səylər çərçivəsində region ölkələrinə — İran, Oman və Səudiyyə Ərəbistanına səfər edəcəyi gözlənilir.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 09 Noyabr 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















