Ağ Ev: Venesuela sahillərində tankerlerin ələ keçirilməsi neft qiymətinə təsir etməyəcək
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ administrasiyası Amerika qüvvələri tərəfindən Venesuela sahillərində neft tankerlerinin ələ keçirilməsi fonunda ölkədə enerji daşıyıcılarının qiymətlərində artım gözləmir.
Moderator.az xəbər verir ki, bu barədə Ağ Ev yanında Milli İqtisadi Şuranın rəhbəri Kevin Hassett CBS telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, söhbət dünya bazarındakı ümumi təkliflə müqayisədə çox kiçik həcmdə neftdən gedir.
“Bu səbəbdən ABŞ vətəndaşlarının tankerlerin ələ keçirilməsi ilə əlaqədar neft qiymətlərinin artacağından narahat olmasına ehtiyac yoxdur. Söhbət cəmi bir neçə gəmidən gedir və onlar qara bazarla əlaqəlidir”, - Hassett vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Bloomberg mənbələrə istinadən ABŞ-nin Venesuela sahillərində daha bir neft tankerinin saxlanılması üzrə əməliyyat apardığını yazmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 21 Dekabr 2025 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















